“Əli və Nino” əsasında film çəkiləcək
27 fevral 2010 13:30 (UTC +04:00)

“Əli və Nino” əsasında film çəkiləcək

Gürcü rejissoru Qeorqiy Toradze 1927-ci ildə Azərbaycan mühacir ədəbiyyatının nümayəndəsi Məhəmməd Əsəd bəy tərəfindən Qurban Səid imzası ilə yazılan məşhur “Əli və Nino” romanının yaranma tarixi haqqında sənədli televiziya filmi çəkmək qərarına gəlib.

Lent.az-ın “Qruziya Onlayn” saytına istinadən verdiyi məlumata görə, filmin layihəsi prodüseri Qeorqiy Sturua tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.


Rejissor Q.Toradzenin sözlərinə görə, filmin təbii alınması üçün ssenari müəllifi və rəssamın azərbaycanlı olması lazımdır: “Ən əsası isə vətənini çox sevən Əli obrazını azərbaycanlı aktyor, Ninonu isə gürcü aktrisası canlandırmalıdır. Filmin çəkilişləri Azərbaycanda və xaricdə aparılacaq. Sənədli faktlar əsasında Əli və Ninonun böyük məhəbbətini göstərməyə çalışacağam. Filmdə I dünya müharibəsi zamanı Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, XI Qızıl Ordunun ölkəyə soxulması ilə bağlı epizodlar da yer alacaq. Bundan başqa mən filmin Azərbaycan dilində olmasını düşünürəm”.


Film tam hazır olandan sonra rejissoru bu ekran əsərini beynəlxalq kinofestivallara da təqdim etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1115

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07