Sevda İbrahimovanın 70 illik yubileyi qeyd olundu
Fevralın 19-da Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Kamera Musiqisi salonunda Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Sevda İbrahimovanın əvvəlcə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano, iki il sonra isə bəstəkarlıq fakültəsini - Qara Qarayevin sinfini bitirdiyini bildirib. Yubilyarın nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda da yaxşı tanıdığını, əsərlərinin ABŞ, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan və başqa ölkələrdə uğurla ifa olunduğunu qeyd edib. Sevda İbrahimovanın həm də gözəl insan olduğunu, illərdir onunla gözəl təmas saxladığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanova da sevda İbrahimovanın yaradıcılığından, insani xüsusiyyətlərindən söhbət açıb.
Daha sonra Dövlət Simli Kvartetin ifasında bəstəkarın əsərləri ifa olunub. Gecənin proqramına “Qurbansız qalan tarım”, “Laylay”, “Sənin səadətin”, “Deyir gözün”, “Əzizlərimin xatirəsinə” və digər əsərlər daxil edilib.
Xəyalə Muradlı

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28