Kinoteatr, mebel salonu yoxsa çayxana? – REPORTAJ
“Dostluq” kinoteatrında uzun illərdir, film nümayiş olunmur
Lent.az-ın əməkdaşı “Dostluq” kinoteatrından reportaj hazırlayıb.
...Binaya yaxınlaşanda diqqətimi çəkən ilk nəsnə üzərindəki afişalar oldu. Bəlkə də bundan təəccüblənməyin özü də təəccüblüdür. Axı necə də olmaya el arasında “Drujba” kimi tanınan “Dostluq” kinoteatrının divarlarını məhz afişalar bəzəməlidir.
Ancaq maraqlısı o idi ki, bu afişalar nə rəngindən, nə də üzərindəki yazılardan yeniyə bənzəyirdi. “Hərbi əhvalat” filminin afişasının üzərində ümumiyyətlə, tarix yox idi. Bircə seansların vaxtından başqa. Digər afişalarda da eləcə. Diqqəti çəkən digər bir məqam isə Dövlət Gənclər Teatrının afişaları ilə bağlı idi. O səbəbdən ki, bu teatr bir ilə yaxındır, Gənc Tamaşaçılar Teatrına birləşdirildiyi halda elanların asılmasının səbəbi nədir?
Bir telefon zəngi üçün 20 qəpik
İlk olaraq, qapıda duran gözətçi olduğunu sandığım yaşlı kişiyə yaxınlaşıram. Kassanın harada olduğunu, biletlərin satılıb-satılmadığını soruşuram. Gülərək cavab verir: “Burda ümumiyyətlə, nə kassa var, nə də bilet”.
Maraqlıdır, bəs onda afişaların asılmasının səbəbi nədir. Bu sözlə kişinin dərdi təzələndi sanki: “Onların hamısı görüntü xatirinə asılıb. Neçə ildir, burda kino göstərilmir. Çox nadir hallarda nəsə ola bilər. O da bəlkə kino günlərində. Axı zalda kino göstərmək üçün şərait də yoxdur. İndi orda oturmaq olar, məgər? Buz kimidir. Nə “otopleniyalar” yanır, nə başqa qızdırıcılar var. Beş dəqiqə otursan, o saat donarsan”.
Kino nümayiş olunmursa, onda kinoteatr nə üçün fəaliyyət göstərir fikrinə isə “bura kinoteatr demək olmaz. Kinodan başqa hər şey var. Neçə ildir, bura mebel salonu, çayxana və xaşxana kimi işləyir, “arendaya” verilib. Bundan bütün orqanların xəbəri var yəqin ki. Hətta telefonla zəng vurmaq da pulladır. Bir telefon zənginə görə də 20 qəpik ödəmək lazımdır” - deyə cavab verir.
50 ilin “əməkdar incəsənət xadimi” və günə 1 manat əmək haqqı
Gözətçi sandığım bu yaşlı kişi sən demə, kino mexaniki imiş. Özünün dediyinə görə, 50 ilə yaxındır ki, burada işləyir. Onu “əməkdar incəsənət xadimi” də adlandırırlar. Slavik İqoroviç ailəsini burdakı “məvaciblə” dolandırır. Həyat yoldaşı və 22 yaşlı bir qızı var. Heç biri işləmir. Dediyinə görə, kinoteatrın direktoru Akif Babayev (ustad xanəndə, xalq artisti Arif Babayevin qardaşı - X. M) hər axşam evə gedəndə ona 1 manat pul verir. Bir də obyektlərin işçiləri onu dükana nəsə almağa göndərəndə 20 qəpik zəhmət haqqı ödəyirlər. Vəssalam. Necə deyərlər, 50 ilin “əməkdar incəsənət xadimi” və günə 1 manat əmək haqqı. Özü dediyi kimi: “Burda hər işə baxıram. Mənsiz keçinə bilmirlər. Neçə dəfə getmək istəmişəm, direktor qaytarıb gətirib. Neyləyim, başqa harda işləyim? Direktor elə söz verir ki, nəsə edəcək, amma hələ də heç nə yoxdur. Artıq öyrəşmişəm”.
Söhbət əsnasında qarşıdan gələn xanımı mənə təqdim edir. “O xanım da teatrın direktorudur”.
Düzü, bir az çaşıram ki, görəsən, söhbət hansı teatrdan gedir. Sonra xanımın özünə yaxınlaşıram. Söhbətləşmək üçün yuxarı onun otağına gedirik. Pilləkənləri qalxa-qalxa binanın rəngsiz, təmirsiz görkəmi də gözdən qaçmır. Divarın bəzi hissələrində üzlüklər qopub. Bəzi yerlərdə isə qapqara hisdən divarın rəngi belə bilinmir. Tamaşa göstərilən zaldan otağa keçirik.
2 günlük tamaşa nümayişi üçün 300 manat səhnə haqqı
Mirvari Cumayeva özü haqda məlumat verir. Üç qardaşın bir bacısı 6 yaşında atasını itirir. Bundan sonra evin, qardaşlarının və şikəst anasının bütün əziyyətləri onun boynuna düşür. O cür çətin vəziyyətdə Bakı Dövlət Universitetini kitabşünas ixtisası ilə bitirir. Zəlimxan Yaqubla bir qrupda oxuduğunu da xatırladır. İlk olaraq, Şəki teatrında inzibatçı işləyir. Sonra mərhum Hüseynağa Atakişiyevin təklifi ilə Gənclər Teatrında baş inzibatçı kimi fəaliyyətə başlayır. Ancaq Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra çox qısa zaman kəsiyində orda çalışır. Müəyyən problemləri və qarışıqlığı nəzərə alıb Gənc Tamaşaçılar Teatrından çıxır. Bir müddət Bakı Bələdiyyə Teatrında fəaliyyətini davam etdirir. Sonra Hüseynağa Atakişiyevin həmişə yaratmaq arzusunda olduğu Gənclər Teatr Studiyasını açır. Kinoteatrda ona verilən bu otaqda isə studiyanın direktoru kimi fəaliyyət göstərir: “Sağ olsun Akif müəllim, heç olmasa, işləyə bilməyim üçün şərait yaradıb, bir otaq verib”.
Mirvari xanımın sözlərinə görə, o, bu otağın icarəsi üçün pul vermir. Sadəcə tamaşa göstərilən zaman səhnənin icarəsi üçün müəyyən məbləğ ödəyir. Məsələn, Yeni il bayramı ərəfəsində tamaşanın 2 günlük nümayişi üçün 300 manat. Heç bir müasir standartlara cavab verməyən zalın, səhnənin “eyibini” müəyyən qədər gizlətmək üçün Mirvari xanım evdən xalça da gətirib. Amma istəyinə nə dərəcədə nail olub?! İndi də Novruz bayramı üçün növbəti tamaşanın hazırlıqları ilə məşğuldur. Rafiq Rəhimlinin “Kişidi bu” tamaşasının nümayişi üçün nə qədər səhnə haqqı ödənəcəyi isə məlum deyil.
Söhbətimizi yekunlaşdırıb pillələri enərək kinoteatrdan çıxıram. Tərəddüdlə fikirləşirəm ki, görəsən Akif Babayev yerində olar, onunla da söhbət edim? Amma dərhal da fikrimdən daşınıram. Çünki bayaq Slavikin direktorun maşını deyə göstərdiyi ağ rəngli “Cip” artıq yerində yox idi.
P.S. Kinoteatrın direktoru Akif Babayevlə əlaqə saxlamağa çalışdıq. Öncə kinoteatra zəng vurduq. Direktorun işdə olmadığı, mobil nömrəsini də heç kimə vermədiyi deyildi. Çox sağ olsun, hörmətli sənətkarımız. Onun köməkliyi ilə Akif müəllimi mobil telefonundan narahat etdik. İlk olaraq, nömrəni haradan tapdığımızla maraqlandı. Kinoteatrda kino göstərilməməsi faktını təkzib etdi. Hələ üstəlik ora getsək, bizim üçün kino göstərəcəyini də məxsusi vurğuladı. Daha sonra yas yerində olduğunu deyərək, başqa vaxt danışmağı təklif etdi.
Xəyalə MURADLI

966