Mənsum İbrahimov: “Evə bazarlığı özüm edirəm” - MÜSAHİBƏ
Mənsum İbrahimova müsahibə üçün müraciət edəndə, sağ olsun, tez razılaşdı. Redaksiyamıza gəldi. Oturub müsahibəyə başladıq. Bu rubrikanın əvvəlki müsahiblərindən fərqli olaraq onunla söhbətimizin mövzusu daha geniş oldu: siyasət, şou-biznes, din, bazarlıq... Bir sözlə muğamdan başqa az qala hər şeydən danışdıq. Beləliklə, Lent.az-ın “Ciddi-Ciddi” rubrikasının qonağı Azərbaycan Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovdur.
- Siyasətlə nə qədər maraqlanırsız?
- Vallah, desəm ki, siyasətlə çox maraqlanıram, tam düz olmazdı. Ancaq indi elə bir dövrdə yaşayırıq ki, elə bil cəmiyyətimiz siyasiləşib. Bu bir yana, istənilən halda bir vətəndaş kimi kənarda qala bilmirsən. Şəxsən mənim üçün bizim torpaqlarımızla bağlı xəbərlər maraqlıdır. Xəbərlərdə axtarıram ki, görüm Dağlıq Qarabağla bağlı nə deyirlər, nə yenilik var.
- Münaqişənin həlli istiqamətində aparılan hazırkı danışıqlar Sizə nə deyir? Nə görürsünüz?
- Son vaxtlar nikbinliyim artıb. Çünki bu məsələ dünyada aktuallaşıb, həm də ordumuz güclənib. Bunlar nikbinliyi artırır. Həm də axı nə qədər gözləmək olar? Xalqın səbri tükənib artıq. Düzdür, bu söz çox işlənib, ona görə də ucuzlaşıb, ancaq deməliyəm: torpaqlar nə yolla olur-olsun azad edilməlidir – ya sülh, ya da müharibə yoluyla.
- Söhbətimizin ruhuna uyğun olmayan sual vermək istəyirəm. Dediniz ki, “torpaqlar nə yolla olur-olsun azad edilməlidir” sözü ucuzlaşıb. Başqa hansı sözlər ucuzlaşıb?
- Demək olar ki, bütün sözlər ucuzlaşıb, çoxu şüar xətrinə deyilir: “yeri gəlsə, yeri gəlsə...”
- Bir də “lazım gəlsə”...
- Hə, “lazım gəlsə...” Ancaq bu sözlər təkcə torpaq məsələsində yox, hər sahədə işlənir. Musiqi sahəsində də belədi. Sanki mənəvi cəhətdən aşılanma gedir, mənəviyyat arxa plana keçib.
- Elə şou-bizneslə bağlı da mənəviyyatın arxa plana keçdiyini deyirlər. Həm də deyirlər ki, baş verənlər biabırçılıqdır...
- Şou-biznesdə çalışırlar ki, nəsə eləsinlər. Ancaq ortada əsasən söz yığını var, önəmli işlər yoxdur, daha çox danışılır. Gündəmə gəlmək üçün danışırlar, dedi-qodular var. Şou – “göstərmək” deməkdir. Ancaq sənət də olmalıdır axı. O şounun mayasında sənət durmursa, ömrü uzun çəkə, uzaq yol gedə bilməz. O baxımdan, əlbəttə, birinci növbədə insan özünün məşğul olduğu sahəni bilməlidir. Çox təəssüflər olsun ki, başqa sahədə uğur qazana bilməyən, dolana bilməyənlər oxumağa başlasınlar. Bu, bizim reallığımızdır. Mən özüm müəlliməm, öz sinfimə bu cür nə qədər insanlar gəlir. Elə bu yaxın vaxtların söhbətidi, orta yaşlı bir qadın gəlmişdi yanıma. Məlum oldu ki, bu qadının böyük övladları var. Nə işlə məşğul olduğunu soruşdum, dedi mənim işim ev yığışdırmaqdı, bu işlə dolanıram, indi istəyirəm gedim şadlıq evlərində oxuyub çox pul qazanım. Dedim axı sənin səsin yoxdu. Cavab verir ki, guya indi oxuyanların, şou-biznesdə olanların çoxunun səsi var? Həqiqətən belədir. Oxuyanlar arasında sənətə başqa məqsədlərlə, təsadüf nəticəsində gələnlər də var. Bu baxımdan, keçirilən müsabiqələri çox yaxşı qiymətləndirirəm - həm muğam, həm də estrada sahəsində keçirilən müsabiqələri.
- Şou-biznes müğənnilərindən dinlədikləriniz var?
- Var, əlbəttə. Məsələn, Brilyant xanım. Gənclərdən Elton, Ayaz, Röya. Bəlkə də kimsə yadımdan çıxa bilər, ancaq dinləyirəm.
- Aygün Kazımovanı necə, dinləyirsinizmi?
- Aygün xanımı da dinləmişəm, sevilən bir müğənnidir.
- Bəs Aygün-Namiq cütlüyünü?
- Namiq yaxşı meyxanaçıdı. Onun səs tembrləri də yaxşıdı. O baxımdan, meyxanalarına qulaq asıram.
- Bəs mahnılarına?
- Yox. Axı Namiq müğənni deyil. O meyxanaçıdır və səs tembri də xoşuma gəlir... Bayaq yadımdan çıxmışdı, mən İlqar Muradovu da sevə-sevə dinləyirəm.
- Şou-biznes müğənnilərinin şəxsi həyatlarını gündəmə gətirməsinə necə baxırsınız?
- Bilirsiniz, bu, dünyada gedən prosesdir. Ancaq yaxşı baxmıram. Hesab edirəm ki, müğənni oxucu və tamaşaçı qarşısında o qədər açıq olmamalıdır. O daha çox sənətini göstərməlidir. Ancaq bəzən heç lazım olmayan şeyləri göstərirlər: evi, şəxsi həyatı... Bu bəlkə də müğənninin hörmətini birə beş azaldır... Yaxşı baxmıram bunlara.
- “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi yaxın günlərdə məlum olacaq. Hələlik yarımfinalçılar məlumdur. Bu ifaçıları nə qədər uğurlu saymaq olar?
- Bilirsiniz, “Eurovision” müsabiqəsi artıq siyasiləşib. Burada hansı dövlətin hansı dövlətə münasibəti yaxşıdırsa, ona da səs verir. Yəni, siyasi xarakter daşıyır. Ancaq bu müsabiqədə mütləq iştirak etmək lazımdı. Ən azından ölkə təbliğ olunur, tanınır. Mən sevinirəm ki, bizim iştirakçılar hər dəfə milli elementlərdən istifadə edir.
- Bəs keçən ilki təmsilçimiz Ayselin geyiminə milli demək olar?
- Ayselin geyimi onun hərəkətinə görə seçilib yəqin. O, çox templə hərəkət edirdi, yəqin başqa cür geyinsəydi, hərəkətinə mane olardı. Yeri gəlmişkən deyim ki, Aysel çox istedadlı qızdır və mən onu uşaqlıqdan tanıyıram. İlk dəfə “Pöhrə” müsabiqəsində onu qalib elan etmişdik. “Eurovision” müsabiqəsinə çıxanda əvvəl tanımadım, ancaq sonra üzü tanış gəldi və tanıdım.
- Hazırkı iştirakçılardan hansını daha uğurlu sayırsınız?
- Orada Məryəm adlı azyaşlı bir qız var. O birilər də maraqlıdır, ancaq məncə, müsabiqəyə Məryəm getsə daha yaxşıdır. Bununla yanaşı deyim ki, münsiflər heyətinin fikrinə hörmətlə yanaşıram. İştirakçını seçəcək münsiflər heyətinin üzvləri istedadlı insanlardır.
- Yenə dönək siyasətə. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərlə bağlı nə deyə bilərsiniz?
- Bəlkə də elə informasiya var ki, biz onu bilmirik. Ancaq biz hamımız bilirik ki, Türkiyəyə Avropadan, Qərbdən böyük basqı var, sıxışdırırlar. Türkiyə də ilkin olaraq bu addımı atdı, yəni protokolu imzaladı. Ancaq məlumdur ki, Türkiyə Ermənistanla sərhədi Qarabağa görə bağlayıb. Axı bu gün Qarabağ Azərbaycanın nəzarətində deyil. Ona görə də, əgər Türkiyə sərhədi indi açsa, ən azından məntiqsizlik olardı. Türkiyə xalqı özü bu məsələyə böyük etiraz etdi. Düzdür, hökumət ayrıdır, xalq ayrı. Ancaq hələ ki, sərhəd açılmayıb. İnşallah ən azından Ermənistan torpaqlarımızı boşaltmayana qədər də açılmaz.
- Bu yaxınlarda Ukraynada keçirilən prezident seçkisini nə qədər demokratik saymaq olar?
- İzlədiyim xəbərlərə görə, məncə, çox demokratik keçib. Əgər oranın hazırkı prezidenti seçkini uduzursa, deməli demokratikdir.
- Sizcə Yanukoviç, yoxsa Timoşenkonun seçilməyi Ukrayna dövlətinə daha çox sərf edir?
- Görünür, Yanukoviç Qərblə Rusiyanın bölüşdürə biləcəyi, razı qala biləcəyi siyasətçidi.
- Maşallah, beynəlxalq siyasəti də yaxşı bilirsiniz...
- (gülür) Orta məktəbdə Tarix və Ədəbiyyat fənlərini yaxşı oxumuşam. Mən mütaliəni çox sevirəm. Qəzetləri, saytları – Lent.az, apa.az-ı oxuyuram, televizorda xəbərləri izləyirəm. Ancaq siyasətçi olmaq fikrim yoxdu.
- Bu il ölkədə parlament seçkiləri keçiriləcək. Belə çıxır ki, deputatlığa namizədliyinizi irəli sürməyəcəksiniz...
- Yox-yox. Onsuz da mən xalqımın nümayəndəsiyəm, xalq mənə bu qədər etimad göstərib, bu sənəti həvalə edib. Bu, elə mənim üçün böyük siyasətdir.
- Sizdən fərqli olaraq Nadir Qafarzadə deputat olmaq istəyir. Buna necə baxırsınız?
- Bu, Nadirin öz şəxsi işidir, hörmətlə yanaşıram. Özünü orada görə bilirsə, çox yaxşı.
- Dinlə bağlı da sual vermək istəyirəm.
- Buyurun.
- Dinə münasibətiniz necədir?
- Mən mövhumatçı deyiləm. Ancaq İslam dininin bir nümayəndəsi olaraq dinimə çox bağlı bir adamam. Allah qismət eləyib, müqəddəs ziyarətgahlarda – Məşhəd, Kərbəla və Həccdə olmuşam.
- Arabir belə bir söz işlənir: “vəhabi”. Mətbuatda da yazılır. Onlar barədə eşitmisiniz?
- Bəli, eşitmişəm.
- Nə eşitmisiniz?
- Vallah, onların nə ilə fərqləndiyini, nə istədiklərini bilmirəm. Təkcə onu bilirəm ki, uzun saqqal saxlayırlar və topuqdan yuxarı şalvar geyinirlər. Məsələn, mən Səudiyyə Ərəbistanında olanda bildim ki, hakimiyyətdə vəhabilərdir. Azərbaycandakı vəhabilərin ziyanlı olacağını isə düşünmürəm.
- Vəzifəli şəxslər arasında şəxsən tanıdığınız, münasibətdə olduğunuz adamlar var?
- Var, çoxdur. Əlbəttə, biz tədbirlərdə görüşürük. İstər nazir, idarə rəhbərləri, istər deputatlar olsun.
- Tez-tez zəngləşdiyiniz, daha yaxın münasibətdə olduğunuz bu cür şəxslərdən kimlərin adlarını çəkə bilərsiniz?
- Mən ad çəkmək istəmirəm, ancaq belə adamlar var… Bir də görürsən yaxşı ifa görəndə zəng vurub fikrini bildirir.
- O zəng vurub fikrini bildirir. Bəs Siz? Heç işiniz düşəndə zəng vurursunuzmu?
- Ümumiyyətlə, çalışıram ki… Qapı döyən adam deyiləm mən. Heç vaxt özümə görə kiməsə ağız açmıram. Mən özüm Qarabağ bölgəsindənəm və çoxlu sayda məcburi köçkün olan qohum-əqrəbam var. Qohum-əqrəbamla bağlı bəzən görürsən ki müraciət edirəm: məsələn, kimisə işə düzəltmək üçün. Bu, yaxşı qarşılanır, məsələ həll olunur. Mən də onda özümü yaxşı hiss edirəm. Ancaq şəxsən özümə görə heç vaxt ağız açmıram. Qapı döyməkdən xoşum gəlmir.
- Dolanışığınız necədi?
- Mən həmişə Allaha şükür eləyən adamam. Adam var ki, hər şeyi var, ancaq həmişə narazıdı. Mən o tip insanlardanam ki, çətin günümdə də, yaxşı günümdə də şükür edim. Şükür Allaha ki, ailəmin ehtiyacını ödəyirəm. Mən axı həm də müəlliməm və həm də prezident mükafatı alıram.
- Sirr deyilsə, aylıq qazancınız nə qədərdi?
- Ailəmə çatır. Pul, əlbəttə ki, bir vasitədir, insana lazımdır. Ancaq insan pul həvəskarı olsa, onun axırı yaxşı olmur. Mən sənət adamıyam və bugünkü həyatımdan razıyam. Zəhmət çəkən insan heç vaxt ac qala bilməz.
- Məncə şəxsi mənziliniz var…
- Bəli, var. Prezident də mənə bir mənzil bağışlayıb.
- İki eviniz var?
- Bəli.
- Hansında yaşayırsınız?
- Öz evimdə – Badamdarda. Ümumiyyətlə mən Bakıya gələndən orada yaşayıram. Çox da böyük olmayan, bir ailəyə çatacaq qədər bir həyət evidir.
- Evinizdə qulluqçu var?
- Yoxdu.
- Bazarlığı kim edir?
- Özüm. Bilirsiniz, mən sevirəm ki, öz ailəmin, evimin bazarlığını edim. Hər səhər durub qəsəbədə bazarlığa gedirəm. Lap hər gün də olmasa, iki gündən bir gedirəm. Əgər evdəyəmsə, övladlarımı da dərsə özüm aparıb-gətirirəm. Mən bunu normal sayıram və bundan zövq alıram.
- Neçə övladınız var?
- Dörd. Onlara çox vaxt ayırmağa çalışsam da alınmır. Təəssüf ki, vaxt problemimiz var.
- Avtomobiliniz var?
- Var, özüm sürürəm.
- Hansı markadı?
- Maşındı da… Maşına zəruri bir ehtiyac kimi baxıram.
- Avtomobilə gündə nə qədər benzin işlədirsiz?
- Onu hesablamamışam. Ancaq gündə 40-50 kilometr sürürəm.
- Tıxaclar Sizi də bezdirib?
- Hə, özü də çox. Hərdən deyirəm bu tıxaclardan nə vaxt canımızı qurtaracağıq? Ancaq bu yaxınlarda Misirə səfər etmişdik, oradakı tıxacı görüb Bakıdakına şükür elədim.
- Səfər demişkən, xaricə gedəndə yəqin ki, Bakıdakı aeroportda qapılar üzünüzə rahat açılır, gözləməli olmursunuz…
- O baxımdan bütün Azərbaycan vətəndaşlarından razıyam: yol polisindən tutmuş, sıravi vətəndaşa qədər. Ancaq yenə də deyim ki, mən qanun sevən adamam.
- Aeroportu soruşdum. Deyilənə görə, bəzi müğənnilərə diplomatik pasportlar verilib, onlar aeroportda VİP salonundan keçirlər. Sizdə belə pasport yoxdu?
- Bizdə fəxri adla bağlı müəyyən imtiyazlar var. Belə pasportu, əlbəttə, biz də almalıyıq. Ancaq mən heç vaxt buna ehtiyac görməmişəm.
- Tez-tez səfərlərdə olursunuz. Heç təyyarədən qorxduğunuz olub?
- Yox, təyyarədən qorxmuram. Ancaq bu yaxınlarda Londona uçanda yolda təyyarə təxminən 40 dəqiqə müddətində boşluğa düşdü, sərnişinlər çox narahat oldu, təlaş keçirdilər. Bu, Böyük Britaniyanın təyyarəsi idi. Sonra məlum oldu ki, pilot qadındır…
Pərvin ABBASOV

1690