
Rəssamlar İttifaqında yeni fərdi sərgi açıldı
Yanvarın 22-də Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə rəssam Natiq Fərəcullazadənin 50 illik yubileyinə həsr olunmuş fərdi sərgisinin açılış mərasimi oldu. Lent. az-ın məlumatına görə, tədbirdə Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov rəssamın həyatı barədə məlumat verdi və yaradıcılıq məziyyətlərindən söhbət açdı. Bildirdi ki, Natiq Fərəcullazadə Əzim Əzimzadə adına rəssamlıq məktəbini və Mədəniyyət və İncəsənət Universitetini bitirib. Rəssamlar İtifaqının gənclər bölməsinin daimi üzvüdür.
Yubilyar özü isə tədbir iştirakçılarına və təşkilatçılarına öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəngkarlıq və qrafika janrında əsərləri nümayiş olundu. Sərgi yanvarın 28-nə qədər davam edəcək.
Xəyalə Muradlı
Yubilyar özü isə tədbir iştirakçılarına və təşkilatçılarına öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəngkarlıq və qrafika janrında əsərləri nümayiş olundu. Sərgi yanvarın 28-nə qədər davam edəcək.
Xəyalə Muradlı
Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15