Bəstəkarlar İttifaqı ilin ilk yarısı üçün fəaliyyət planını açıqladı
Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib. Bəstəkarlar ittifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə keçirilən iclasda Bəstəkarlar İttifaqının 2010-cu ilin birinci yarım ili üçün nəzərdə tutulan iş planı müzakirə edilib. Bu barədə Lent.az-a Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verilib.
F.Əlizadə bu ildən etibarən bir çox yeni layihələrin ittifaqın iş planına salındığını qeyd edib: “Yaradıcı təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə bu ildən etibarən “Müasirlərlə dialoq” adlı yeni layihəyə başlayırıq. Bu layihə çərçivəsində hər ay müxtəlif sahələrin görkəmli nümayəndələri ilə Azərbaycan Bəstəkarlar İttifaqında görüşlər təşkil etməyi planlaşdırırıq. İlk tədbirimiz yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla olacaq”.
Firəngiz xanım çıxışında daha bir önəmli məsələyə də toxunub. Onun sözlərinə görə, 2011-ci ildə keçirilməsi planlaşdırılan II Beynəlxalq Muğam Festivalı ilə əlaqədar olaraq Azərbaycan Bəstəkarlar İttifaqında hər ay “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” adlı dinləmələrin və müzakirələrin keçirilməsi məqbul sayılıb.
Azərbaycan Bəstəkarlar İttifaqı üçün prioritet sayılan məsələlərdən biri də bölgə təşkilatlarının fəaliyyətin möhkəmləndirilməsidir. Bu yöndə uğurlu nailiyyətlər əldə etmək, bölgə təşkilatlarının fəaliyyət istiqamətlərinə dəstək vermək məqsədilə 2010-cu ilin ilk yarısında regionlarda səyyar plenumların keçirilməsi planlaşdırılır. Bəstəkarlar İttifaqının bölgə təşkilatlarının fəaliyyət səviyyəsinə də toxunan sədr, bu istiqamətdə daha çox Naxçıvan təşkilatının irəli getdiyini qeyd edib: “Regionlarda fəaliyyət göstərən bölmələrimizin arasında ən fəalı Naxçıvan Bəstəkarlar Təşkilatıdır. Bu işlərə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov xüsusi diqqət və qayğı göstərir. Artıq Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən konservatoriyada bəstəkarlıq kafedrası da açılıb. Təşkilatın üzvləri tez-tez konsertlər təşkil edirlər. Onlar artıq kamera orkestri də yaradıblar. Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin konsert proqramlarına biz Naxçıvan Təşkilatının nümayəndələrinin əsərlərini də salmışdıq və bu əsərlər orada işin yüksək səviyyədə aparılmasından xəbər verir. Təşkilatların işinə yardım etmək məqsədilə bu ilin ilk yarısında Gəncə, Şəki, Lənkəran şəhərlərində səyyar plenumlar keçirməyi nəzərdə tutmuşuq”.
Qeyd edək ki, bu ildən etibarən Azərbaycan Bəstəkarlar İttifaqı xarici ölkələrin respublikamızdakı səfirlikləri ilə birgə layihələr keçirməyi də planlaşdırır. Sədr F.Əlizadənin sözlərinə görə, bununla bağlı təklif qarşı tərəfdən gəlib: “Sevindirici haldır ki, xarici ölkələrin səfirlikləri birgə tədbirlər keçirmək barədə təklif irəli sürüblər. Bilirsiniz ki, bu il dünyada “Şopen ili” kimi qeyd olunacaq. Bu məqsədlə aprel ayında Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Polşa səfirliyi ilə birlikdə Frederik Şopenin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Bundan başqa, mart ayında elə həmin məkanda Fransa səfirliyi ilə birgə Fransız Simli Kvartetinin konsertini təşkil etməyi də planlaşdırırıq”.
2010-cu ilin ilk 6 ayı ərzində Azərbaycan Bəstəkarlar İttifaqında bir sıra yeni kitabların təqdimatı mərasimi də keçiriləcək. Firəngiz xanım qeyd edib ki, kitabların təqdimatı ilə kitab müəlliflərinin yubileyləri bir arada qeyd olunacaq: “Böyük bəstəkarın doğum günündə - fevralın 5-də “Qara Qarayev - tələbələrin xatirəsində” kitabının təqdimat mərasimini keçirəcəyik. Tədbir çərçivəsində kitabın tərtibatçı-redaktoru Nərgiz Şəfiyevanın 70 illiyini də qeyd edəcəyik. Bundan başqa, fevral ayında “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” layihəsi çərçivəsində musiqişünas-alim Səadət Abdullayevanın “Azərbaycan musiqisi və təsviri sənət” kitabının təqdimatını və müəllifin 70 illik yubileyini keçirməyi planlaşdırırıq. Həmçinin “Etnomusiqişünaslığın problemləri” mövzusunda elmi-praktik konfrans və bu konfransda tarzən Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” not kitabının təqdimatı, kamança ifaçısı Arif Əsədullayevin “İnstrumental muğamlar” kitabının təqdimatı və müzakirəsi nəzərdə tutulur”.
Sədr qeyd edib ki, ittifaqın bu ilin ilk yarısı üçün nəzərdə tutulan tədbirlər planında görkəmli bəstəkarlar Soltan və İsmayıl Hacıbəyovların, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə gecələri, xalq artisti Sevda İbrahimovanın 70, musiqişünas alim Rəna Məmmədova-Sarablının 60, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın 70, bəstəkar Telman Hacıyevin isə 80 illik yubileyləri də qeyd olunacaq.
Lalə Yusifqızı

901