“Leyli və Məcnun”  yeni quruluşda
25 avqust 2010 22:16 (UTC +04:00)

“Leyli və Məcnun” yeni quruluşda

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğinə daha bir töhfə verərək, “Leyli və Məcnun” operasının yeni quruluşda səhnələşdirilməsinə yardım edib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, tamaşanın premyerası Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Rurtriennale Musiqi və İncəsənət Festivalı çərçivəsində baş tutub. Şimali Reyn-Vestfaliya torpağının Ailə, Uşaq, Gənclər, Mədəniyyət və İdman Naziri Ute Şefer və Şimali Reyn-Vestfaliyanın baş naziri Hanelore Kraft da tamaşaçılar arasında olub.

Opera Nizaminin əsərinin motivləri əsasında şair-dramaturq Albert Ostermeyer və Fələstin-İsrail bəstəkarı Samir Odeh-Tamimi tərəfindən hazırlanıb. Tamaşaya Uilli Dekker quruluş verib. Baş dramaturq Eva-Mariya Voytlender əsərin səhnələşdirilməsinə yardım edib.

Bu ilki Rurtriennale Musiqi və İncəsənət Festivalının mövzusu “Miqrasiya – Yol Axtarışında” adlanır. Festival dünya islam təfəkkürünün, qədim islam mistisizmindən müasirliyədək olan bir yolun tədqiqinə həsr olunub. Bu hekayə Şərqdə ilk operanın – böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operasının da əsasını təşkil edir.

Premyerada orkestrə Piter Rundel dirijorluq edib, Məcnun rolunda Nils Kuper, Leyli rolunda İren Kuqler çıxış ediblər.

Tamaşadan sonrakı qəbulda artistlər, qonaqlar və sponsorlar, təşkilatçılar Avropa Azərbaycan Cəmiyyətinə tamaşaya verdiyi dəstəyə görə təşəkkür ediblər. Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Şərqdə ilk opera və baletin Azərbaycanda yarandığını xatırladıb. O, “Leyli və Məcnun”un yeni versiyasını Şərqin “Romeo və Cülyetta”sının dünya miqyaslı tamaşası adlandırıb. O, tədbirdə iştirak edənləri Üzeyir Hacıbəyovun operasına baxmaq üçün Azərbaycana dəvət edib. Tale Heydərov həmçinin Şimali Reyn-Vestfaliyanın baş naziri Hanelore Kraft da görüşüb.

“Leyli və Məcnun” festival çərçivəsində daha yeddi dəfə nümayiş etdiriləcək. Oxucular ətraflı məlumatı www.ruhrtriennale.de saytından, Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə məlumatı isə www.teas.eu saytından əldə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07