“Zirvə” mükafatına namizədlərin təqdimatı başlanıb
Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi “Zirvə” mükafatını təsis edib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Zirvə” mükafatı 2009-cu ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə, eləcə də milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər və beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair geniş planlı proqramlar və layihələr aiddir.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat hər biri 5000 (beş min) manat həcmində, Teatr (dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar), Musiqi (bəstəkar, ifaçı, musiqişünas), Təsviri sənət (rəssam, heykəltəraş, dekorativ sənət, sənətşünas), Kino (ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa), “Debüt” (teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün), “Mədəni sərvət” bölmələri üzrə verilir.
Mükafatlar mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə verilir.
Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunur.
Mükafata təqdimatlar fevral ayının 15-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.
Lalə Yusifqızı

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15