Var olmaq manifesti
12 yanvar 2010 16:00 (UTC +04:00)

Var olmaq manifesti

Mehriban Ələkbərzadə Lent.az-a yazır

Biz ya var olacağıq...
Ya bizim cizgilərimizi silə biləcəklər, biz də sadəcə mövcud olacağıq...
Ya da bizi tamamən tarixdən siləcəklər!

Əvvəli bu linklərdə: http://www.lent.az/news.php?id=20282

Bu məqamda Orteqa-İ Qassetin “Hər bir kəs dayandığı nöqtə - mövqeyi ilə təkraredilməzdir. Fərd dayandığı nöqtə və dünyaya baxış bucağı aidiyyətinə görə kimsə tərəfindən təkrar olunmayacaq” fikrini xatırlayaq. Və... dünyaya öz təkraredilməz və ancaq şəxsi kimliyimizə məxsus olan bir rakursdan
baxaq...

Mən yenə də özümə “Bu gün DÜNYAda hansı proseslər və hara gedir?” sualını verirəm.
Cavablar nə qədər subyektiv düşüncənin məhsulu sayılsa da, hər halda, bu da “Vətəndaş Mövqeyi”dir.
İndi bizim - bu ərazinin aborigenlərinin və türk kökənlilərin buna zatən ehtiyacı var! Bu zaman aydın görünən olay böyük peşəkarlıqla hazırlanmış və indi həyata keçirilən “Türklərin parçalanması” prosesidir.

“Böyük Ortadoğu, ya acılım adlı konsepsiyanın arxasında nə durur?” - sualına cavab təxminən belə versiyalar yaradır:
- Yaxın və Uzaq Şərqdə böyük nüfuz və güc olaraq qalmış bir ata yurdunu içəridən kiçik hissəciklərə parçalamaq.

“TƏHLÜKƏ”:

- Milli kimliyinə və ruhi birliyinə ehtiyac hiss edən xalqının iradəsini qranitləşdirməsi. Dünya hərbi gücləri qarşısında dura biləcək ORDU - türk ordusunun cizgili qüdrəti...

“VASİTƏ”:

- Vaz keçilməsi mümkünsüz DEMOKRATİYA.

Hesablanmış NƏTİCƏ:

- Böyük gücünü itirən, nə qədər nəhəng olsa da belə, müqəvvadan başqa bir şey olmur.
- Qüdrəti tükənmiş, ya da nizamsız bir ordu - böyük məqsədi və milli birliyi olmadığı halda, məhəlli miqyaslı müqavimətləri sındırmağa yarayar.

Bir fikir toqquşmasında mənə sübut etsələr ki, İSA bir şeydir, həqiqət isə bir başqa... Mən düşünmədən İSAnın ardınca gedərdim.
...İnam həqiqətdən də üstündür!!!

Demokratiya

Demokratiya... XX əsrdə bəşəriyyət naminə deyil, əksinə, insanlara bir qəsd kimi qurulmuş tələdir. Və... çox cazibədar, şirnikləndirici bir tələdir.
Hərçənd, indi demokratiya bizə inam kimi deyil, mütləq həqiqət kimi sırınır!
Bu həqiqət... həm də bizə Qərb dəyəri kimi şamil edilir.
Amma Şərq dünyasında olan demokratiyanın mövcud qanunlardan biri - mütləq labüdlüyü vardı. Təbii ki, tamam başqa ad, isim, forma yaratmaq şərti ilə.

Tarixdə: Eldəgiz Atabəyin dövründə demokratik quruluş, söz və seçki azadlığı bəlkə də ən dəyərli və nümunəvi misal kimi bugünkü insana verilən dəyərin aliliyi baxımından daha çox kamil idi. Amma bu gün Qərb Yer kürəsində xalq və millətlərə “hibrid” insanların kəşf etdiyi söz azadlığı və seçim azadlığı dərsini deyir. Mütləq şəkildə bu kursu keçənlər isə “bəh-bəh”lə bunu qəbul etməyə məhkumdurlar!

İkinci vasitə:

- “Şərqdən imtina! Qərbə meyllilik””

Lev Qumilyovun dahiyanə ifadəsi: “Müharibə əvvəlcə insanın içində başlayır. Bu, səssiz müharibədir. Sonra bu müharibə inkişaf edərək, böyüyür. Dışarı çıxıb, böyük konfliktlərə, daha sonra toqquşmalara çevrilir. Və nəhayətdə, müharibələrə çevrilir. Nəzəri müharibə əməli müharibə ilə davam edir”.
Bu fikir mənə təzyiq edir.

Deyirlər ki... Tarix – müharibələr tarixidir.
Yer üzündə baş verən və baş vermiş müharibələr zahirən müxtəlif və fərqli səbəblər daşısa da, kökündə eyni qığılcım dayanır. Bu qığılcıma vəsilə dini qarşıdurma, milli kimlik və fərqlilikdən doğan dözümsüzlükdür.

Buna əsrlərdir ki, xristian və müsəlman qarşıdurması, etnik qarşıdurma... deyirlər.

Bəs niyə bu səssiz müharibə bizlərin də içində oyanmır?
Nədəndir ki, böyük düşmənlərimizdən kiçik güzəştlər gözləməyə bilməyimiz üçün susub onlar tərəfə keçmək istəyirik? İnsan hüquqları... Ali dəyər... Yaşamaq haqqı... deyə bağıran sivil məmləkətlər. Onlar qəsdlə bir Qordi Düyünü taktikasını deyil, Diffamasiya yaratdılar (Diffamasiya – “həlli və izahı müşkül bir məsələ, çözülməz bir kələf” deməkdir.)

Atılan bumeranqların hamısı geriyə qayıtmaya da bilər.
Qayıtmayan bumeranqlardan başqa, biz dünyanın siyasi xəritəsinə də baxaq.

Dünya xəritəsində, dünənlə müqayisədə, çox sayda dövlətlər görürük. Bu dövlətlər, dünənki zaman düzənindəki vassal dövlətlərdən tam fərqli olaraq... indi tam müstəqil, suveren dövlətlərdir.
Lakin nədənsə, bu dövlətlər öz ölkələrinin, xalqlarının mənafeyi ilə birbaşa bağlı olan, bəzən ən bəsit məsələlərdə belə, müstəqil qərar verə bilmir. Ən kəskin anda öz ictimai ya siyasi iradəsini ortaya qoya bilmir. Buna rəğmən, özlərini tam müstəqil təqdim etməyə də israr edir. Amma bu mahiyyət və görüntü fərqliliyi ilə, bugünkü dünya düzənində bu görüntü sarkazm doğurur. Bu mənzərə fransız mütəfəkkir J.J.Russonun ibrətamiz fikrini - “ Bəziləri özünü başqalarının hökmdarı zənn edir, amma bu onun onlardan da artıq dərəcədə kölə olmağına maneə olmur” - xatırlatsa da, acı həqiqətdir. Lakin yenə də müstəqilliyin formal olduğunu etiraf etmirlər.

Bunu etiraf edə bilməyən, məhz tamamən asılı yəni vassallığı sezilən dövlətlər suverenliyin ülviliyindən, qanunların aliliyindən ağız dolusu danışırlar. Və guya Qərb dünyasının (???) Şərqə tətbiq etdiyi demokratiyanın necə faydalı bir nemət olduğunu qeyd edirlər. Əslində isə insanın ali varlıq olması naminə deyil, insanı ən sonuncu mahiyyət olaraq qəbul edən cəmiyyətlər, demokratiya uğrunda mübarizənin önəmindən bəhs edirlər. Demək, hər bir insan arzuları miqyasındadır. Yaxud da, hər bir dövlət öz hədəfləri ölçüsündədir.

Yəni, “sənin hədəfin sənin ölçülərini müəyyən edir”.

Ən böyük tərəddüdlər isə yüksək sivilizasiyaya doğru gedən yolun son maneəsidir. İndi ölkələr arasında kifayət qədər güclü mübarizə gedir. İndiki dünyada hansısa dövləti və ya xalqı çökdürmək çətin bir “siyasi” metoddan istifadə edirlər. Daha bir zamanlar olduğu tək o “hədəfdəki” ölkə, ya dövlətin ərazilərini işğal etmək, ona qarşı iqtisadi embarqolar qoymaq, ya da zahirən sivil görünən, əslində isə ƏN VƏHŞİ qaydalardan istifadə etməyə qərar verir. Daha hansısa bəhanə və siyasi səhv axtarmağa gərək yoxdur.
Çox asan bir YOL... Bir milləti, xalqı YOX etmək istəyirsənsə, onun mənəviyyatına, mədəniyyətinə və maarifçiliyinə qəsd ilə, yabançı olaraq qarışmaq. Və onlara uyğun gəlməyən başqa xətt, fərqli düşüncə və fərqli əxlaq gətirmək. Sonuc olaraq:
...bir stəkan təmiz suya buraxılmış bircə damcı mürəkkəb kimi, qarışacaq.
Məxsus olduğu mədəniyyətə, maarifçiliyinə virus, ya da zəhərləyici mikroblar daxil etmək - ən müasir
terror - amma səssiz terrordur.
Yəni ideologiyasına müdaxilə etməklə, tərbiyə və təfəkkürünə istənilən təsirə malik olmaq.

Səssiz müharibə !!!

Bu, müasir dünyada dəfələrlə müvəffəqiyyətlə sınaqdan keçirilmiş üsullardan biridir.
Bu, bizə əks olaraq ,bambaşqa amal-məqsəd daşıyanların xeyrinə düsturlaşmış tapşırıqdır.

Özü də bu tənliklərin həlli - bütün türklərin indiyə qədər əldə etdiyi nailiyyət, siyasət, milli kimlik gələcəkdə tüm türkləri birləşdirəcək strategiyanın alt-üst olması deməkdir. Proses isə bir neçə onilliklər deyil, əsrlərlə aparılan işlərin nəticəsidir.

Bəli! Türkün coğrafiyası çox geniş olub!
Türk kökənlərimiz dünyanın ən geniş məkanlarda var səsləri ilə nəğmə oxuyublar, düzən qurublar. Tarixdə bütün xaçlılar onları “işğalçı-qəsbkar” adlandırsalar da, türklər nahaq qan tökmədilər.
Türklər getdikləri heç bir yerdə inanc və inam yoluna palçıq atmadı.
Dilini dəyişmədi, adətlərini pozmadı.
Sadəcə, qanını qarışdırdı. Elə buna görə də öz qanımızı kimlə desən qarışdıran əcdadlarımız bizə qan qarışığımız olan düşmən nəsil də qoyub getdilər...
Bu minvalla, zaman keçəndən sonra, TARİXin boz səhifəsinə əl uzadıb, oradakı türklərə aid ancaq lənəti saxladılar. Türk qüdrətini, varlığını dandılar. Əvəzində bizi köçəri tayfa, gəlmə etmək istəyirlər.
Pis qoxuya öyrənən xoş qoxunu duymaqdan məhrumdur - bu məntiqlə, başa düşülən siyasətdir.

Bu məqamda da qarşısıalınmaz bir sual yenə qaçılmaz olur: əcəba, biz nə etdik ki, qüdrət bahasına əldə etdiyimiz ərazilərin sahibi olaq?
Arxada, ana bacılarını, nəsilbənəsil yurd yeri kimi qoruduğu və davamçı nəsil yetişdirən o torpaqlardan
başqa harada Türk İZİ qalıb?
Harada dinimizə, inancımıza, ya kimliyimizə dair nəsə tikib, imza atmışıqmı?

...heç nə yoxdur! Səhralarda nəğmələr oxumuşuq!
Mal-qara kəsib, kef etmişik!
Özgə torpaqlarda...özgələrinə uymuşuq - vəssalam!
Bu da türk cizgisidir a!


Görünən reallıq isə budur: Bütün nümayiş etdirilən iradələr - bir neçə güc mərkəzlərinin apardığı fəaliyyətin sintezində formalaşır.
Türklərin yaşadığı ölkələrdə həmin o siyasi qüvvələr fərqli bir siyasət həyata keçirir.
Məntiqlə düşünsək, heç inandırıcı da olmazdı ki, müsəlman dünyasına edilən bəlli təzyiq, ya müdaxilələr bizə tətbiq edilməyəcək.
Dünyanın ən gözəl coğrafiyasında, ən strateji coğrafiyasında yaşayan türklərə bu istiqamətli yürüşlər zaman-zaman görünüb axı...

Bəlli, bəmbəyaz həqiqəti inkar edən dünya bunu bizə bir neçə dəfə göstərib axı…
Biz bu minvalla getsək, coğrafiyamızda bir az da, sıxışdırılacağıq.
Hətta dünya səviyyəsinə etalon sayıla bilinəcək şəxsiyyətlərimizi belə qəbul etsə də…
Yəni TÜRKƏ verdiyi qiymətində də səmimi olmadı. Əlbəttə ki....
DÜNYA düzənini qurandan sonra da...
GUClər yenidən düzənini müqayisə etməyə başladı.
Və bizim coğrafiya zaman-zaman sıxışdırılır. Hissə-hissə qopardılır.
Biz mütəşəkkil olmasaq…
biz müasir texnologiyalar, müasir iqtisadi-siyasi inkişaf mərhələlərini keçməsək…
biz dünyanın ona müvafiq dili, tempi və texnologiyası ilə bərabər ola bilməsək...
nə ola bilər?

VƏTƏNƏ öz maraq bucaqlarından baxanları məhz milli mənafeyə yönəltmək üçün ideoloji baza, hazırlıq gərək. Hərçənd, hələ bu gün də, dünyada yaşayan türklər ümumi VƏTƏN anlayışından çox, siyasi orientirlərdə maraqlıdırlar. Milli maraqlar, çox təəssüf ki, iki dövlət arasındakı hakimiyyət maraqları ilə çox toqquşur. Hətta Xocalı bütün türklərin namus ləkəsi olsa da, bu, BİZİM problemdir!
Bəli!... bu ləkəni özümüz yumalıyıq!
Azərbaycanını ərazi bütövlüyünü özümüz bərpa etməliyik!
Edilən vəhşiliklərin - soyqırımların cavabını da biz verməliyik!
Düşməni də tək özümüz məğlub etməliyik!!!
Qardaş təəssübü bir tərəfə - bu, bizim şərəf məsələmizdir axı!!!

Bu gün Azərbaycan yetərincə qüdrəti olsa da, böyük güclərlə müqayisədə kiçik görünsə də, ABŞ, Avropa, Türkiyə ilə siyasi müzakirələrə güclə olsa da, qatılmalıdır.
Azərbaycan Türkmənistanla yaşanan problemləri də özü həll etməlidir.
Biz axı TransXəzər boru kəməri kimi bir layihəni ilk baxışda iqtisadi layihə kimi qəbul etsək də, bu məsələnin əslində həm də coğrafi məsələ olduğunu anlayırıq, deyilmi?
Bunu zamanında dəyərləndirməliyik.

ABŞ adlı bir güc müəyyən coğrafiyada müvafiq siyasət aparmaq ağlı və gücü ilə, məhz türklərlə bağlı “parçalanma və gücsüzləşdirmə” taktikasını seçib. Bu, İraq, ya Əfqanıstan variantı deyil. Daxildən sındırılmasa, heç bir təzyiqin nəticə verməyəcəyinə əmin olan GÜCLƏR coğrafiyasına bağlı olan etnik-milli kimliyində qürurlu olanlar, bu qıcıqla da bir-birinə qısqırdılır. Nəticədə din alət olmalı, alış-veriş kimi zəif damar tutulmalı, elə daxildə coğrafiyaya sahib çıxa biləcəklər tapılmalı, böyük bölgə nüfuzuna sahibliyə inandırma variantları işlənəcək. Artıq işlənilir.

Tarixi kökləri etibarı ilə müstəmləkəçiliyə qarşı tutduğu mövqe və məzlum islam ölkələrindəki mübarizəsi ilə tanınan siyasi islamçılığın bugünkü qəlibinə sahib olanlar bu layihə ilə qlobal islamçılığın bir hissəsi halına gəlmiş və islami fundamentalizmə sürüklənmişdir.

Etnos marağı-tələbi, Dövlət modeli ilə danışmaq gərəkdir. Bu gün dünyada modelləşmə getdiyi halda, ETNİK TƏYİNAT qəbul olunmur. O tələb ki etnik maraqladır, dünya onu rədd edir. İndi dünyada türk-müsəlman qıcığı var. Türkçülük çox möhkəm etnik qıcıq yaradır.
Azərbaycan dövlət kimi qıcıq oyatmır. Milli kimliyini maraq və təyinata çevirəndə təbii ki QICIQ və qıcıqda müdafiə kompleksi oyadır. H.Əliyev taktikasında ən müdrik gediş də elə budur. H.Əliyev milli qıcığı örtərək, etnik təyinatı qabartmadan Dövlət Marağını ortaya qoydu. Ən azı NEFT KONTRAKTI buna bariz misaldır.
Tarixi maraq böyük miqyasda qəbul olunur. Dünya millətlərə qarşı qırğını qəbul etmir. Genosidi qəbul edə bilməz. Amma fərdlərə qarşı işlədilən bu üsulun birmənalı şəkildə millət marağından ayrı qavranılması üçün mütləq təbliğat işi görülür. İnsan hüququ olan yerdə başçı, süni böyümək texnologiyası qəbul olunmur. Genosidin ən müasir variantı xalqı İFLİC etmək üçün onu içindən sarsıda biləcək korrupsiya, klan, mafiya damarı ən uğurlu nəticə verən metod kimi istifadə edilir. Xalqı idarə edənə qarşı nifrət hissi oyatmaq asan bir işdir. İllah da müsəlmanlar arasında daha tez və uğurla nəticələnir.
Strateji məqsəd daşıyan bu alt güc projesi türklərə məxsus coğrafiyanın Yeni Xəritəsini bütünlüklə ABŞ-a aid etmək üçün, bu gün bütün açılım və baş örtüsü ilə yeni türk “qəhrəmanlarından” sadəcə istifadə edilirlər.

Tarix-zaman-siyasət

Bir nöqtədə toqquşacaq! Nəticə - üç tərəfin qovuşması, ya dağıdıcı olmasından asılı olmayaraq, hər hansı bir fürsət yaranması da təbiidir. Amma bu fürsətdən də qazanaraq, yeni dəyər qurmalı olan, fərqli bir ZƏKA ilə hazırlaşmamız da gərək!!!

Sabahkı hadisələrə YENİ DÜZƏN projesinə rəsmilərin deyil, bizim bir ictimai fikir kimi nümayiş etdirə biləcəyimiz vətəndaş mövqeyimiz varmı?

Bəs bu böyük GÜCLƏR kimlərdir?....bax bu başqa bir sualın cavabıdır.
Vaxtı ilə İskodya (Şotlandiyaya) pənah aparmış, dul qadın övladlarıyla bağlı bir mətləbdir!
Bunun da ilkin və son məqsədində QÜDS müəmması var, qardaşlar!

SONUCda düşünməli və qərara gəlməli olduğumuz məsələ:

1. Dünyada ən mühüm dəyər olan İNSANın xoş həyatını tənzimləmək!

2. Bizdən fərqli olanların - xaç daşıyanların hüquq və ləyaqətini qoruyan Avropa İnsan Haqları Məhkəməsinin mövcudluğunda Asiyaya da şərq insanının şərəfini qorumalı nüfuzlu bir qurum yaratmaq!
(Bərabər haqq və hüquq baxımından, bizim tək onların da bu faktla hesablaşması mütləqliyi ilə)

3. Avropa Birliyi öncə xristian ailəsinə məxsusdur! - bəyanatından sonra, müsəlman birliyi, yaxud
“TÜRK AİLƏSİ” nədən olmamalıdır ki? (bu da Nazarbayevin “biz siyasi mətləblər deyil, mədəni münasibətlər yaratmaq üçün burdayıq” deməsinə qulluq etməməlidir.)

4. Böyük Orta Doğu Projesinə artıq başlanıbsa, biz niyə bu projeyə əlavələr etdirməkdə israr etməyək?

Şərəfimiz və Ləyaqətimizlə... Allah amanında...

və... SON.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1690

Oxşar yazılar