Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq
Monitorinq Mingəsevir, Gəncə, Şəki Və Qax Rayonlarinda Fəaliyyət Göstərən Teatrlari Əhatə Edəcək
Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun Lent.az-a verdiyi məlumata görə, monitorinq Mingəçevir, Gəncə, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edəcək: “Monitorinq Açıq Cəmiyyət İnstitu - Yardım Fondunun maliyyə dəstəyi ilə “Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində həyata keçiriləcək.
Layihənin əsas məqsədi regionalarda teatların probelmlərini aktuallaşdırmaq və ictimai marağı artırmaqla teatr sənətinin inkişafını gücləndirməkdir. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə həmin teatrlarda monitorinqlər keçiriləcək, sonra isə ictimai müzakirələr aparılacaq. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatların aparılmasına ictimai dəstək veriləcək. Teatr sahəsinin bütün janrları və peşə istiqamətlərinin mövcüd vəziyyətini öyrənilərək bu sənətinin inkişafında ictimai təəşəbüsləri artırılmasına yardım ediləcək. Eyni zamanda kadr hazırlığı və ixtisasartırma sisteminin hal-hazırdakı vəziyyəti öyrəniləcək. Bununla yanaşı Teatr binalarının, təmiri və maddi-texniki bazanın hal-hazırdakı vəziyyəti müyyənləşdiriləcək. Teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinin hal-hazırdakı durumu öyrəniləcək. Teatr əməkdaşldarı ilə müzakirələr aparılacaq və təkliflər öyrəniləcək”.
X.Kazımovun sözlərinə görə, monitorinqlər başa çatdıqdan sonra Bakı şəhərində iki dəfə ictimai müzakirələr keçiriləcək: “Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin, tanınmış aktyorların, mədəniyyət xadimlərinin və ictmaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Regionlarda teatrların problemlərinin öyrənilməsi və aparılan ictimai müzakirələrin yekunu olaraq bu problemlər aktuallaşdırılacaq”.
Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən 27 dövlət teatrı və bu şəbəkəyə daxil olan digər qurumlar mövcuddur. Ölkəmizə Ermənistanın hərbi təcavüzü nəticəsində İravan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət dram teatrları qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərirlər.
Lalə Yusifqızı

937