Sumqayıtda yanvar ayında bir neçə sosial obyekt istifadəyə veriləcək
Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbində aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Mərkəzdən Lent.az-a verilən xəbərə görə, yaxın günlərdə hər iki sosial obyekt istifadəyə veriləcək.
Qeyd edək ki, 1958-ci ildə yaradılan Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində hazırda 21 dərnək fəaliyyət göstərir. Ümumilikdə 1415 nəfər məktəblinin cəlb edildiyi bu dərnəklərə misal olaraq bədii qiraət, təsviri incəsənət, dekorativ tətbiqi sənət, dərzilik, bərbərlik, uşaq xoru, rəqs, xalçaçılıq, teatr, həyat bilgisi, xalq çalğı alətləri ansamblı, instrumental ansambl, poliqlot, uşaq hüquqları, musiqisevərlər, muğam və əyləncəli riyaziyyatı misal göstərmək olar. Mərkəzdə akt, sərgi və rəqs zalları, kitabxana, iki qrim, 15 dərnək otaqları, 1 xor studiyası və 8 sanitar qovşağı mövcuddur.
1981-ci ildə yaradılan Şahmat Məktəbində isə hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 508 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur.
Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.
Lalə Yusifqızı

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15