“Eurovision 2010”-a namizədlərimiz-Bioqrafiya
Azərbaycanın “Eurovision 2010” mahnı müsabiqəsindəki təmsilçisinin müəyyənləşməsi üçün fevralın 2-də keçiriləcək yarımfinal mərhələsində 6 iştirakçı gücünü sınayacaq.
Bu barədə Lent.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən bildirilib. Şirkət həmin iştirakçılar haqqında məlumat və onların foto-şəkillərini yayıb. İştirakçılar aşağıdakılardır:
Azad Şabanov
Bakı şəhərində, 3 Yanvar 1991-ci il tarixində anadan olub. Orta musiqi təhsil alıb, müxtəlif müsabiqələrdə qalib gəlib, “Yeni Ulduz-7” TV Şou-da ikinci yeri qazanıb.
Milk&Kisses
Dilarə Bakı şəhərində, 20 May 1984-cü ildə, Fəridə isə Bakı şəhərində 3 sentyabr 1983-cü ildə anadan olublar. Onlar professional musiqi təhsili alıblar, eyni zamanda “Unformal” rok-qrupun solistləridirlər. Həmin qrup “Eurovision” Azərbaycan – “Land of fire” Milli Seçim Finalında iştirak edib.
Məryəm
Bakı şəhərində, 2 iyun 1985-ci il tarixində anadan olub. Orta musiqi təhsili var. 2003-cü ildə Bakı Payızı müsabiqəsində iştirak edib.
Səfurə Əlizadə
Bakıda, 20 Sentyabr 1992-ci il tarixində anadan olub. Kaman və saksofon üzrə orta musiqi təhsili var. Müxtəlif müsabiqələrdə iştirak edib, “ Yeni Ulduz- 8” TV Şou-da birinci yerə layıq görülüb.
Elli
Bakı şəhərində, 6 İyun 1987-ci il tarixində anadan olub. Dörd yaşından Almaniyada yaşayır. Müxtəlif müsabiqələrə qatılıb, Almaniyanın Popstar TV Şou-da final mərhələsinə çıxıb.
Ülviyyə Rəhimova
Bakı şəhərində, 2 Avqust 1983-cü il tarixində anadan olub. Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə “Bəri-Bax” qrupun tərkibində - müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub.
Qeyd edək ki, yarımfinal mərhələsi fevral ayının 2-də “Buta Palace”da keçiriləcək. Seçim tam olaraq, “Eurovision” formatı ilə təşkil olunacaq. Belə ki, iştirakçılara mahnını ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfərin olması mümkün olacaq. Bu mərhələ televiziya və internet vasitəsilə yayımlanacaq.
İctimai Televiziyanın “Eurovision” sevənlərə bir sürprizi də var. Belə ki, bu dəfə yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün 2004 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana və 2009 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və Azərbaycanın 2009 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi Aysel də iştirak edəcəklər.
Xatırladaq ki, artıq 2008-ci ildən ölkəmiz “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak edir, Azərbaycan 2008-ci ildə 8-ci yerə, 2009-cu ildə isə 3-cü yerə layiq görülüb. Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən bu layihə getdikcə ölkəmizdə böyük marağa səbəb olur, eyni zamanda milli musiqimizi və bütövlükdə mədəniyyətimizi dünyaya çatdırmaqda mühüm rol oynayır.

1141