Azərbaycandan “Eurovision 2010”-a kim gedəcək?
Azərbaycanın “Eurovision 2010” mahnı müsabiqəsindəki təmsilçisinin müəyyənləşməsi üçün seçim turları davam etdirilir. Bu barədə Lent.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, a İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ciddi hazırlıqlar görülüb, ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra addımlar atılıb.
“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli İctimai Televiziya tərəfindən bir neçə seçim turunun keçirildiyini, seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazılarının yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirildiyini deyib: “Belə bir nəticəyə gəldik ki, yarımfinal mərhələsində final üçün iştirakçılar seçilsin”.
Yarımfinal mərhələsində 6 nəfər - Azad Şabanov, “Milk & Kisses” qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli və Ülviyyə Rəhimova iştirak edəcək.
Qeyd edək ki, bu mərhələ televiziya və internet vasitəsilə yayımlanacaq! Yarımfinal mərhələsi fevral ayının 2-də “Buta Palace”da keçiriləcək. Seçim tam olaraq, “Eurovision” formatı ilə təşkil olunacaq. Belə ki, iştirakçılara mahnını ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfərin olması mümkün olacaq.
İctimai Televiziyanın “Eurovision” sevənlərə bir sürprizi də var. Belə ki, bu dəfə yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün 2004 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana və 2009 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və Azərbaycanın 2009 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi Aysel də iştirak edəcəklər.
Xatırladaq ki, artıq 2008-ci ildən ölkəmiz “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak edir, Azərbaycan 2008-ci ildə 8-ci yerə, 2009-cu ildə isə 3-cü yerə layiq görülüb.
Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən bu layihə getdikcə ölkəmizdə böyük marağa səbəb olur, eyni zamanda milli musiqimizi və bütövlükdə mədəniyyətimizi dünyaya çatdırmaqda mühüm rol oynayır.

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15