Deyim, gülün - mənə də, özünüzə də!
Düz iki gündü day Mendeleyevi lağa qoymuram! Toyda da, yasda da söz düşəndə kişiynən məzələnirdim – cədvəl tapıb mənə, elementləri düzüb qoşub ard-arda, amma və lakin, burdan-bura… pişiknən balası üçün fanerkada iki deşik açır!!! Üstəlik də balası böyüyənəcən ağlına qəlmir ki, pişik anası ölmüşün balası böyüyəndə, o da anası kimi böyük deşikdən keçəcək. Yox e, nə danışırsan, adam fikirləşirmiş ki, gedim mavrının deşiyini pişik deşiyi boyda eləyim! Gəl, indi məzələnmə – məni qınayan, səni görüm…
Amma öz aramızdı, heç görməsələr, yaxşıdı – özüm guya o kişidən babətəm! Pah-h!
Nə isə… Deyim niyə iki gündü Mendeleyevlə məzələnmirəm. Ölkənin sanballı-titullu, nüfuzlu və etibarlı, eləcə də obyektiv, professional KİV-i olaraq, məni də sanbalsız-titulsuz, nüfuz məsələsini deyə bilmənəm, əmbə etibarlı, eləcə də obyektiv, həm də professional sayan mötəbər bir təşkilatı işə dəvət elədi ki, a bala, gəl, otur, başını aşağı sal, XƏBƏR TAP, XƏBƏR İŞLƏ, əvəzində uşaqlarına aliment pulu qazan, az orda-burda ağzını Allah yoluna qoy, yetimə qoğal haram deyil ha...
Sizcə, mənim reaksiyam necə ola bilər? Özündənrazı! Lap kinodakı kimi – “axı, sən Kamilovsan!!!”
Bilirsiniz, “Kamilov” harada ilişdi?
Siz tapınca, araya söz qatım, bir dənə də haşiyə verim.
Dədə-babadan belə olub, elə mənim üçün də o cümlədən – adam öz “xod”uynan bir yerə gedib çıxa bilməz. O adamlar adam olur ki, onlara “xod” verirlər. “Xod” verilənlərdən biri kimi deyim də: “o iş sənin, bu iş mənim” pay-püşlərində bişmiş olduğumuzdan, iş istəməyə gələnlərə - “işverən”lərimizin – daydayı-qəyyum-hami-patron - sayeyi-mərhəmətindən bizlərə deyilməsə də, - “xəbər yaza bilirsəmi, a bala?” deyəndə bişmiş toyuq kimi gülməyimiz gəlirdi.
Bu iki gündən sonra yəqin ki, məndə o gülüşü bir də görən olmayacaq!!!
…Tapmadınız ki, “Kamilov” harada ilişdi?!
Sən demə, sizin bu “Kamilov” dünyanın xəbərlərindən BİXƏBƏR imiş!
Sən demə, Berlinə bayraq sancmaq xəbər ortaya çıxarmaqdan asan imiş!
Sən demə, xəbəri tapmaq bir yana, onu işləyəndə (dil, üslub, qrammatika bir yana) oxucu zövqü, vaxtı, marağı, eyni zamanda cəlbediciliyi də varmış!
Fikriniz qəzetlərin manşetlərinə və sürmanşetlərinə getməsin – gopalogiyadır, yəni ki, dezinformasiya! Onu Xanım nənəm də düzər qoşar…
Sən demə, həm də bu XƏBƏR (sizsiz günümüz olmasın, ay MÜBARƏK XƏBƏR!) dəqiq olmalıymış!
Kitablarda, qrant buraxılışlarında yazılanlar tavtologiyadı, ayrı ölkələr üçündü, bizim ölkədə xəbərin öz dəqiqləşdirmə texnologiya və meyarları varmış – o qədər bizə bilərəkdən dezo sırıyan adamlar, ölkələr, transmilli təşkilatlar var ey… xəbərin özü qədər!!!
İki gündü bu iki günümü Allahdan heç kimə faş etməməyin duasındayam – adamın XƏBƏRÇİ olmağı və XƏBƏR İÇİndə olmağı nə zulum imiş!
Anar deyil, Əkrəm deyil, Rüstəm deyil, Elçin deyil, götür yıx o yana, sürü bu yana. Dəmbə-dəmbə roman təhlil eləmək deyil, daqqa-daqqa şeirə mız qoymaq da həmçinin! Burnunu da dik tutub müxalifətin qarasını, iqtidarın da ağını qana boyamaq eləcə.
Nəymiş bu, əəəə….
Belə yerdə deyirlər da bə – xəbər var üz ağardar, xəbər var göz!
Amma öz aramızdı, “Kamilov” da, “Kamilov” olmazdı, əgər nəticə çıxarmasaydı… xəbərdən.
Deyim bilin və başlayın gülməyə ki, mənim qədər sizlər də nə qədər xəbərdən xəbərsiz olmusunuz!
Xəbəriniz olsun! Xəbərdən! Xəbərdən və xəbərlərdən xəbərsizlik istənilən halda yaxşı şey deyil! Lap belə nə qədər yumşaq desəm də, xəbərdən xəbərsiz qalmaq lap pis şeydi!
Bax, adamın əzizi ölə - xəbər tutmayasan; dostu toy edə – xəbər tutmayasan; qonşu qızını köçürdə – xəbər tutmayasan;… lap belə… arvad artıq səni sevməyə – xəbər tutmayasan; oğul dönə narkomana – xəbər tutmayasan; Stefan Sveyqin “Bir ürəyin qürubu” hekayəsindəki kimi, qız böyüyə, bara gedə, sevgili seçə – xəbər tutmayasan… onda nə olur??? Novella…
Hələ bunlar da dərd deyil!
Dərd odur ki, bu xəbərləri necə əldə edəsən?!!
Dərd odur ki, bu xəbərləri necə el-oba içində deyəsən!
Güldünüzmü?
Heç XƏBƏRİNİZ OLDUMU gülə bilməməyinizdən!
Adamın gərək özündən xəbəri ola – ilk növbədə!
Mən özümdən xəbər tutdum! Amma arada… Mendeleyevin canı qurtardı!
Bundan sonra bir ciyərli oğlan durub yanımda deyə bilməz ki, mən xəbər işləməyi və xəbər tapmağı Aydından yaxşı bacararam!
Adam gərək öyrənməyə başlayanda, yaxşı müəllim yanında başlaya öyrənməyə!
Bax, bu xəbərdən yaxşı xəbər sizə deyən olarmı???
Vicdanla deyin! Deyin ki:
- Yox!!!

954