“Yağış adamı” öldü
Kim Peek nəfəs yollarındakı problemdən şikayətlənirmiş
Amerikalı aktyor Dustin Hoffmanın canlandırdığı "Yağış adamı” filminin ideya qaynağı, həyatdakı prototipi olan Kim Peek vəfat edib.
Lent.az-ın “Salt Lake City Tribune” qəzetinə istinadən verdiyi məlumata görə, yaddaşıyla və biliyi ilə hər kəsi heyran edən 58 yaşlı dahi Kim Peekin ürəyi dayanıb.
Atası Fran Peek deyib ki, son 16 ayda Şeksprin bütün əsərlərini, İncili və Tövratı oxuyan oğlu nəfəs yollarındakı problemdən şikayətlənirmiş.
Qeyd edək ki, ssenarist Barry Morrov fövqəl yaddaşa və biliyə malik Kim Peeklə 1984-cü ildə bir məclisdə qarşılaşıb və onunla söhbətdən sonra “Yağış adamı” filmini çəkmək qərarına gəlib. 1988-ci ildə ekranlara çıxan “Yağış adamı” filmi “ən yaxşı kişi oyunçu” nominasiyası da daxil olmaqla, 4 “Oskar” mükafatına layiq görülüb.
Beyin kökündəki beyinciyin tam inkişaf etməyən, iki beyin yarımkürəsini birləşdirən körpücüklər olmadan dünyaya gələn Kim Peek 4 yaşına qədər danışmayıb. Həkimlər onun zəkasının inkişafdan geri qaldığı qənaətinə gəliblər. Ancaq sonradan Kim Peek qabiliyyətiylə hər kəsi təəccübləndirib.
Özü sərbəst geyinə bilməyən Kim Peek 9 min kitabı səhifəsinə qədər əzbər bilib. O, şahidi olduğu, eşitdiyi hər bir hadisənin həftənin hansı günü, hansı saat və hansı dəqiqədə baş verdiyini dəqiqliklə söyləyib. O, telefon kodlarını da əzbər bilib.
Kim Peek getdiyi kitabxanalarda həmişə kitab oxuyub.

1173