Alim Qasımov ziyarətə gedəcək
Azərbaycanın dünya şöhrətli xanəndəsi, xalq artisti Alim Qasımov Ramazan ayında Ümrə ziyarətinə getməyə hazırlaşır. Bu barədə Lent.az-a xanəndə özü bildirib. Onun sözlərinə görə, Ümrəyə hələ avqustun 22-də İstanbuldan yola düşməli idi. Lakin viza problemi yarandığından bu, baş tutmayıb: “İnşallah, viza məsələsi həll olunsa, avqustun 26-da ziyarətə gedəcəyəm”.
Muğam ifaçısı azan vermək istəyini dilə gətirib: “Bir neçə yerdə, namazlarda azan vermişəm. Elə bilirdim ki, mən də gözəl azan deyərəm. Amma... Deyirlər, “avazı yaxşı gəlir, oxuduğu Quran olsa”. Avazım yaxşıdı, amma oxuduğum Quran olmadığına görə, bir az çətinlik əmələ gəlir. Quran elmi, Quran avazı ilə oxumaq deyilən məfhum var, mən ondan xəbərsizəm. Sözlərin deyilişi, nəfəs yerində olmalıdır. Bədahətən oxuya bilərəm, lakin elmsiz alınacaq. Məhz bundan qorxduğum üçün qabarıq şəkildə oxuya və lentə yazdıra bilmirəm. Azan oxumaq ən böyük arzumdur. Heç olmasa illərlə çalışıb, az da olsa elmini də ifaya qata bilsəm, azanı səsləndirəcəyəm”
.
Adının dünyanın 500 müsəlmanı arasında olmasına da münasibət bildirən xanəndə bu xəbərdən çox qürurlandığını deyib: “Bu, bizim musiqimizin, mədəniyyətimizin yüksək yerdə durması deməkdir. Deməli, gördüyümüz iş, niyyətimiz pis olmayıb ki, getdikcə daha da şərəflənir. Bu, həm mənim adımdır, həm də Azərbaycanın”.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06