“Fikrət Əmirov- 90” musiqi festivalı başlayır
21 noyabr 2012 10:09 (UTC +04:00)

“Fikrət Əmirov- 90” musiqi festivalı başlayır

0
Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar musiqi festivalına start veriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a veriln məlumata görə, 22-30 noyabrda nazirliyin təşkilatçılığı ilə “Fikrət Əmirov-90” Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq. Festivala noyabrın 22-də saat 12:00-da Fəxri Xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün saat 19:00-da isə Heydər Əliyev Sarayında "Fikrət Əmirov- 90" Musiqi Festivalının təntənəli açılışı və qala-konsert olacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin bu ilin 6 fevralında imzaladığı sərəncamın icrasına uyğun olaraq Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də ölkəmizin Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 768

Oxşar yazılar