AzTV-dən Hikmət Həsənovla bağlı açıqlama
18 oktyabr 2012 16:00 (UTC +04:00)

AzTV-dən Hikmət Həsənovla bağlı açıqlama

Azərbaycan Teleradio Verilişləri QSC qurumun sabiq əməkdaşı Hikmət Həsənov bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2 il öncə Azərbaycan Radiosu rəqəmsal yayıma keçdiyindən, qurumun əməkdaşlarına əvvəlcədən xəbərdarlıq edilib ki, müasir texnologiya ilə bağlı biliklərə yiyələnsinlər. Bu xəbərdarlıqdan təxminən 1 il sonra radio əməkdaşları arasında attestasiya keçirilib.

“2011-ci il iyulun 5-də keçirilən attestasiya zamanı Radioverilişləri Aparatı Sexinin böyük mühəndisi Hikmət Həsənov 5 ballıq sistem üzrə 2 qiyməti aldığından attestasiyadan keçə bilməyib. Buna baxmayaraq, müəyyən vaxt ərzində avadanlığı öyrənmək üçün ona yenidən imkan yaradılıb. Lakin o, bundan sonra 2 dəfə istehsalat intizamını pozduğuna görə müvafiq töhmətlər alıb, sonuncu dəfə isə onun səhlənkarlığı üzündən radionun efirində 4 dəqiqə texniki dayanma baş verib. Bütün bunların nəticəsində onunla bağlanmış müddətli əmək müqaviləsi başa çatdıqdan sonra müqaviləyə xitam verilib, yəni müqavilə müddəti uzadılmayıb” – deyə, məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1631

Oxşar yazılar