“Rənglərin rəqsi”
Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankarada "Cermodern” incəsənət mərkəzində gənc rəssamımız Məryəm Ələkbərlinin “Rənglərin rəqsi” sərlövhəli sərgisi təşkil olunub. Lent.az-ın məlumatına görə, tədbirdə, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay başda olmaqla sözügedən qurumun yüksək vəzifəli rəsmiləri, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, səfir Faiq Bağırov və səfirliyimizin əməkdaşları, Ankarada akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, millət vəkilləri, tanınmış elm və incəsənət xadimləri, diaspor nümayəndələri və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Sərgidə çıxış edən səfir Faiq Bağırov Azərbaycanın rəsm və incəsənət tarixindən, xalqımızın incəsənət tarixinin dərin köklərindən, Məryəm Ələkbərlinin gənc yaşına baxmayaraq əsərlərindəki ustalıqdan və bu kimi tədbirlərin iki ölkə əlaqələrinə verdiyi töhfələrdən geniş şəkildə söz açıb.
Bilkent Universitetinin İdarə Heyətinin sədri, professor İhsan Doğramacı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, professor Salhab Məmmədov və tanınmış incəsənət xadimi Elizabet Ayten Berent də öz çıxışlarında gənc və istedadlı rəssamın yaradıcılığından heyranlıqla bəhs ediblər.
Ərtoğrul Günay öz çıxışında gənc rəssamın əsərlərindən duyduğu heyranlığı dilə gətirmiş, ona gələcəkdə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbir zamanı Məryəm Ələkbərlinin yaradıcılığından bəhs edən kitablar iştirakçılara təqdim olunub.

1991