Erməni rejissorun Alim Qasımov barəsində film arzusu
Bu barədə APA-ya muğam ifaçısının mətbuat katibi Səadət Möhübova məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi bu şəhərdə 23-29 sentyabr tarixlərində keçiriləcək VIII Beynəlxalq Musiqi Festivalında çıxış etməkdir. “Şərq ilhamı” şüarı altında keçiriləcək festivalın açılış konsertində Alim Qasımovla birgə ermənilərin öz milli alətləri kimi təqdim etdikləri Azərbaycanın milli musiqi aləti olan balabanda ifa edən və bir çox festivallarda təmsil olunan Civan Qasparyan da çıxış edəcək.
Festival çərçivəsində Yakutiya xalq mahnıları ifa edən “Ayarxaan” adlı qrupun da çıxışı nəzərdə tutulur. Onların ardınca ərəb “Ali-Kindi” qrupu və dünyada sufi mahnıları ilə məşhurlaşan Raza Xanın çıxışı olacaq. Festivalın final konsertinin proqramına Afrikada məşhur olan Bubakar Traorenin də adı salınıb.
11 ölkənin təmsil olunacağı festival, Varşavanın Mədəniyyət Sarayında baş tutacaq. Onu da öyrəndik ki, bu Alim Qasımovun erməni ifaçının da iştirak etdiyi ilk festival deyil. Fransada keçirilən festivallardan birində təşkilatçılar tərəfindən sözügedən Civan Qasparyanla birgə çıxış etmək təklif olunub. A.Qasımov isə dərhal buna etirazını bildirib. Hətta bu yaxınlarda erməni rejissor tərəfindən Alim Qasımov haqqında film çəkmək təklifi gəlib. O, azərbaycanlı muğam ifaçısına başqa ölkədə görüş təyin edib, hətta bütün xərcləri öz öhdəsinə götürüb. Lakin Alim Qasımov bu təklifi rədd edərək, belə bir arzuda olmadığını bildirib.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27