Kral ailəsinin rəssamı azərbaycanlı çıxdı - FOTO
Osmanlı miniatür məktəbinin son təmsilçisi sayılan Azərbaycan əsilli rəssam Heydər Hatəminin şöhrəti bir neçə il əvvəl yaşadığı Türkiyə sərhədlərini aşıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Heydər Hatəminin əl işləri Qətər kral ailəsinin də diqqətini çəkib. Hər yay İstanbula tətilə gələn Qətər kral ailəsinin üzvləri Heydər Hatəminin əsərlərini alaraq kolleksiya yaradıb, 1997-ci ildə isə rəssamın özü ilə tanış olmağa qərar verib. Bu görüşdə Kral ailəsi Heydər Hatəmi ilə razılaşma əldə edib. Elə həmin il ABŞ-a köçən Heydər Hatəmi son 16 ildə rəssam yalnız Qətər kral ailəsi üçün əsərlər yaradır. Kral ailəsi rəssamdan daha çox Osmanlı dövrü ilə bağlı əsərlər ərsəyə gətirməsini istəyir və hazırda Dohadakı kral saraylarının hamısının divarında rəssamın əsərləri var.
Heydər Hatəmi bildirib ki, hazırda dünyada ən gözəl İslam əsərləri muzeyi Dohadadır və sənət bazarının ən ciddi müştəriləri də Qətər kral ailəsidir. Rəssam “Peyğəmbərlərin hekayələri” adlı bir sərginin təşkil edilməsi üzərində çalışdığını söyləyib: “Bu sərgi ilə dinlər arasında dialoq qurulmasına çalışılacaq və sərgi sənət çevrələrinin diqqətini çəkəcək. Son 50 ildə üzərində çalışdığım miniatür texnologiyası sayəsində yaratdığım əsərlər də sərgidə nümayiş olunacaq. Sərgiyə yəhudi və xristian icmasından böyük dəstək var. Nüfuzlu dini təşkilatlar sərgiyə dəstək verir”.
Heydər Hatəmi Osmanlı imperiyasının çökməsi və qərbləşmənin geniş yayılması ilə əlaqədar son 2 əsrdə miniatür sənətinin unudulduğunu vurğulayıb: “İndi bu sənət yenidən həyata qayıdır. Hazırda Avropada və Orta Şərqdə bu əsərlərə böyük tələbat var. Türkiyədə və Qərb ölkələrində sərgilər təşkil etməyi planlaşdırırıq”.

3788