“Santa-Barbara” serialının qəhrəmanı Bakıda dərs keçəcək - FOTO
19 sentyabr 2012 19:00 (UTC +04:00)

“Santa-Barbara” serialının qəhrəmanı Bakıda dərs keçəcək - FOTO

Lent.az-ın məlumatına görə, qonaq ANS müstəqil Yayım və media Şirkətinin “Bakı Film” Kinostudiyası tərəfindən istehsal edilən “Ağabəyovlar” bədii serialının ilk bölümünün təqdimatına qatılıb. Filmin təqdimatından sonra mətbuat konfransına qatılan Leyn Hant Devis jurnalistlərin suallarını cavablandırıb.

Ölkəmizdə ilk dəfə qonaq olduğunu deyən aktyor, Azərbaycan haqqında çox az informasiyaya sahib olduğunu bildirib. CNN telekanalında gedən informasiyalarda Azərbaycan barəsində məlumatlar əldə etdiyini deyən Deyvis bildirib ki, gəlişinin məqsədi Azərbaycanı ətraflı tanımaqdır.

Ölkəmizin aktyorlarının peşəkarlığını yüksək qiymətləndirən Deyvis bildirib ki, Azərbaycanda olduğu müddətdə onlara master-klaslar keçəcək: “Uzun illər kamera qarşında həyatımı keçirmişəm. Bu gün deyə bilmərəm ki, mən bu sahədə peşəkaram. Hər zaman öyrənməkdə davam edirəm. Sizin aktyorlar da peşəkardırlar. Amma bununla belə onların da öyrənməyə, yeni şeyləri bilməyə ehtiyacı var. Bu elə bir sahədir, gərək ömürlük öyrənəsən”.

Aktyorlarımıza dərs keçdikdən sonra Deyvis onlara sertfikat verəcək. Təlimi yüksək bitirən iştirakçılar isə qırmızı sertfikatla təltif olunacaqlar.

Qeyd edək ki, Tennesi Şekspir Festivalının bədii rəhbəri olan Leyn Hant Deyvis “General Hospital”, “Days of our life”, “Dallas” kimi seriallarda rol alıb. Onu daha çox məşhurlaşdıran isə 5 il rol aldığı “Santa Barbara” serialı olub. Meyson Kepvil rolunun ifaçısı olan aktyor həmin serialda 1100-ə yaxın seriyada çəkilib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2194

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37