“Ölülər”i vermirlər ki, mollaların xətrinə dəyər”-MÜSAHİBƏ
Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin Milli Musiqi Günü münasibətilə APA-ya müsahibəsi
“Biz Üzeyir bəyin çörəyini yeyirik”
- Fərhad müəllim, ilk əvvəl Sizi qarşıdakı Milli Musiqi Günü münasibəti ilə təbrik edirik. Bu il Üzeyir Hacıbəylinin doğum günü hansı formada qeyd olunacaq?
- 18 sentyabr tarixi bizim üçün çox müqəddəs bir tarixdir. 70-ci illərdə maestro Niyazi sentyabrın 18-də açıq hava altında öz orkestri ilə Üzeyir bəyin əsərlərini ifa etməyə başlayıb. Bu, çox təsirli idi və maestro Niyazinin vacib xidmətlərindən biridir. Ondan sonra Heydər Əliyevin müvafiq sərəncamı ilə bu gün Musiqi Günü kimi təsdiq olundu. Artıq neçə ildir ki, sentyabrın 18-də hamımız Üzeyir Hacıbəylinin adını daşıyan bu akademiyanın önündə çıxış edirik. Həmişə bir söz deyirəm – biz hamımız Üzeyir bəyin çörəyini yeyirik. Bu həqiqətən də belədir. Heyf ki, 20-ci illərdə onun Ceyhunla birgə arzuları puça getdi və Ceyhun bəy Parisə getdi. Mən Maestro Niyazidən də, atamdan da soruşurdum ki, çox maraqlıdır, Musiqi Konservatoriyasının yaranmasının təşəbbüskarı olan Üzeyir bəy, niyə bu boyda savadı, dahiliyi ilə təşəbbüskarı olduğu Konservatoriyanın rektoru olmadı. Həmin vaxt şəxsən Üzeyir bəy Nəriman Nərimanovla görüşərək hazırda əyləşdiyimiz Musiqi Akademiyasının yaradılması təklifini verdi. Bundan sonra isə Nəriman Nərimanov Bakı Musiqi Akademiyasının yaradılması üçün fərman verdi. Bildirdilər ki, qardaşı Ceyhunla əlaqədar onun başının üzərində həmişə Damokl qılıncı vardı. Üzeyir bəy 37-ci ilə qədər tutulacağından qorxurdu. Yalnız Stalin ona partiya buraxılışı verdikdən sonra ona heç kim dəymədi və ancaq 38-ci ildə o, bu Musiqi Akademiyasının rektoru oldu. Balet, opera, simfonik muğamlar, kamera musiqi, Xalq Çalğı Alətləri Orkestri, Rəqs və Mahnı Ansamblı, Asəf Zeynallı adına Musiqi Kolleci, bizim Bakı Musiqi Akademiyamız, Bülbül adına məktəb... Hansı mədəniyyət ocağına baxırsan, Üzeyir bəyin əl izi var. Həqiqətən də bu insan dahi idi. Bu gün “Ölülər” filmini efirə verməyə qorxurlar ki, birdən mollaların xətrinə dəyər. Amma əsrin əvvəlində Cəlil Məmmədquluzadə bu əsəri yazıb, onlar bizdən çox cəsarətli idilər.
“İcra başçısı da birinci sırada padşah kimi əyləşir”
- Fərhad müəllim, sözsüz ənənəni yaşatmaq lazımdır. Amma yeni əsrdə yeniliyə, kreativliyə ehtiyac duyulur. İllərdir 18 sentyabr tarixi Bakı Musiqi Akademiyasının qarşısında çıxışlar və musiqi sədaları ilə qeyd olunur. Bu standartdan kənara çıxmağın, bu günü kütləviləşdirməyin, daha fərqli nələrsə etməyin zamanı yetişməyib?
- Vaxtilə Üzeyir bəyin adına musiqi mükafatı olub. Maestro Niyazi Üzeyir Hacıbəyov adına mükafatın laureatı idi. Bilirsiniz, bununla bağlı mən daha çox əyalətlərə getməyi təklif edərdim. Bu gün hər şey Bakıdadır. Yaxşı ki, artıq neçə ildir Şəkidə və Qəbələdə musiqi festivalları keçirilir. Bu, Gəncədə, Lənkəranda niyə olmasın? Müstəqilliklə əlaqədar rayonlarda konsertlər verilirdi, orada kimlər çıxış edirdi. Üzeyir bəyin bir notunu belə orda eşitməmişəm. Siz müstəqilliyi qeyd edirsiniz, bu müstəqilliyə şou-biznesin nə aidiyyəti var? Üzeyir bəyin, Fikrət Əmirovun, Niyazinin əsərləri səslənmir, yalnız toyxanadakı kimi “danqadaq” olur. Hamı oturur, icra başçısı da birinci sırada padşah kimi əyləşir. Çox gülməlidir. Standart var, mən razıyam. Bunun ən yaxşı yolu, Fransadakı kimi ən kiçik şəhərdə belə musiqi festivalının təşkil olunmasıdır. Biz də bunu etməliyik. Düşünürəm ki, Üzeyir bəylə bağlı günlər mütləq bütün Azərbaycana şamil olunmalıdır. Gəncədə, Sumqayıtda, Lənkəranda da qeyd edilməlidir. Bir fikrimi də səsləndirmək istəyirəm. Heydər Əliyev adına muzeylər, mədəniyyət mərkəzlərində lektoriyalar ola bilər. Çünki Heydər Əliyev bütün əsərləri əzbər bilirdi. Onun sevimli əsərləri – Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Arif Məlikovun əsərləri idi. Qoy bizim tələbələrimiz mütəmadi olaraq gedib o mərkəzlərdə konsertlər versinlər, leksiya oxusunlar. Bilirsiniz, təbliğat işində biz bir az passivik. Yalnız onu düşünürük – aha, tikdik, gözəllik var, fontan var, güllər var, vəssalam. Bəs sonra bunları istifadə etmək lazımdır. İstər idman kompleksləri olsun, orada da bu problem var. Rayonlarda da idman komplekslərinin qapılarını bağlayıblar, özü də burada idmanla məşğul olmaq pulludur. Niyə pullu olmalıdır? Bu uşaqlar idmana getməlidir, bəs çempionlar harada yetişməlidir? Həqiqətən də çempion belə ailələrdən yaranır, biz isə bunu etmək istəmirik. Biz vaxt itiririk, bir gün gələcəklər bu yola, çünki işlətmək lazımdır. Niyə hər şey Bakıda olmalıdır? Belə olmalı deyil. Sevinirəm ki, Qəbələdə maarifçilik yaranıb və tamaşaçı öyrənir.
“Yerli kanallara yol bağlıdır”
- Klassik bəstəkarlıqda vəziyyət necədir? Yazan varmı?
- Ötən il biz Qəbələdə gənc bəstəkarlar üçün bir gün təyin etdik. Ceyhun Allahverdiyev, Pikə Axundova və bir neçə başqa gənc bəstəkarımız var. Sadəcə, onların əsərləri təbliğ olunmur. Onlar yalnız Filarmoniyada təbliğ edilir, ora isə yalnız klassik musiqisevərlər gedirlər. Amma yerli kanallara bu yol bağlıdır. İndi “Mədəniyyət” kanalı var və bu uşaqları təbliğ etmək lazımdır.
- Sizcə, gələcək nəsillərə çatdırmaq üçün 3-4 bəstəkar yetərlidirmi?
- 70 milyonluq Türkiyədə 2-3 böyük bəstəkar var. Avropada, Almaniyada güclə 1-2 bəstəkar taparsan, amma ifaçılar çoxdur. İndi Almaniyada Bethoven, Brams yoxdur, onlar alman idi. İndi soruşurlar ki, niyə Üzeyir bəy, Qara Qarayev yoxdur, bu cür insanlar 200 ildən bir dünyaya gəlir. Burada mən böyük problem görmürəm. Bizi maarifçilik məsələsində daha vacib işlər gözləyir. Çünki bəstəkarlar çox olanda özləri üçün ifa edirlər, plenumlar çağırırlar, mən deməzdim ki, ora çox insan gedib qulaq asır, amma maarifçilikdə biz uduzuruq. Telekanallarda da, yazılı mətbuatda da bu barədə çox az yazılır. Mən anlayıram, şou-biznes xəbərləri daha çox oxunur, bazar bunu tələb edir, amma ciddi materialın sadəcə üzərindən keçirlər. İfaçıların da təqsiri var, biz Azərbaycan bəstəkarların əsərlərini daha çox ifa etməliyik. Çox şadam ki, Bakı Musiqi Akademiyasının Kamera Orkestri çox yaxşı vəziyyətdədir. Gələn il Berlində Gənc Orkestrlərin festivalı olacaq, bizim uşaqlar Qara Qarayevin, Fikrət Əmirovun simfoniyalarını hazırlayırlar və orada çıxış edəcəklər. İstedadlı uşaqlarımız var, ciddi musiqiçilərə bir az diqqət artırmaq lazımdır. Əvvəla onların sənəti maddi baxımdan o qədər də gəlir gətirmir. Onlar toylarda iştirak etmirlər, qonorarı isə konsert verəndən verənə alırlar, məbləğ isə gülməli görünəcək qədər az olur. Ona görə də belə sənət sahiblərinə xüsusi diqqət olmalıdır. Sağ olsun gənclər və idman naziri Azad Rəhimov, o Kamera Orkestrini himayəyə götürdü. Hazırda Gənclər Orkestri kimi fəaliyyət göstərir və uşaqlar ayda heç olmasa 80 manat alırlar. Tələbələrdir, onlar həvəslə işləyirlər. Gürcüstanda violençel kursuna gedənlərə xüsusi təqaüd verilir. Çünki gedən yoxdur, amma ora getməsələr, axı orkestrin fəaliyyəti batacaq. Violençel, simfonik orkestr olmasa, sən nə “Koroğlu”nu, nə “Yeddi gözəl”i, nə “Qız qalası”nı eşidə biləcəksən. Orada başa düşürlər ki, ciddi musiqiçiyə ciddi diqqət lazımdır. Uşaqlar bu kursa qəbul olmaq üçün imtahan verirlər. Heç imtahan da lazım deyil, çox sağ olsunlar ki, gəlirlər. Bu musiqi alətlərini seçənlər sözün həqiqi mənasında ona heyrandır. Belə uşaqlar çox azdır. Bizim vaxtımızda bir yerə on adam gedirdi, indi camaat menecer, biznesmen, kompüter mütəxəssisi olmaq istəyir. Bu sahələrdə işləmək istəyənlər çoxdur, nəinki saatlarla, bu royal qarşısında ifa etmək istəyən. Bax, sən gedəcəksən, mən iki saat bu royalda çalacağam.
”Notu bilməyən toydan 15-20 min alır”
- O zaman belə çıxır ki, Bakı Musiqi Akademiyası abituriyent sarıdan əziyyət çəkir?
- Açıq deyim, sovet dövründə bəstəkarın hörməti çox idi. Bəstəkar Fikrət Əmirov, maestro Niyazi deputat idi, xüsusi mənzillə təmin olunurdu. Əlbəttə bu gün də prezidentin xüsusi təqaüdü təsis olunub, yaşlı adamlar alır. Kobud şəkildə desəm, notu bilməyən adam hansısa bir qrup yığır, toylardan 15, 20 min alırsa, akademiyaya gəlmək, harmoniyanı oxumaq, saatlarla çalmaq, məşqlərdə hər bir notu təmizləmək, bu cür milyon problem onun nəyinə lazımdır?... O yolu seçəndə isə problemdən uzaq olur, hamı tanıyır, hörmət edir, hər yerə dəvət olunur, bahalı maşınlarda gəzir. Belə şəraitdə ciddi musiqiçinin olması böyük qəhrəmanlıqdır. Ona görə də bu uşaqlara baxıb, nə yaxşı varsınız deyirəm. Onlar lazımdır, onlar olmasa nə olacaq?
- Qəbələdə Müslüm Maqomayevin yubileyi keçirilirdi. O tədbirə münasibətiniz necədir?
- Müslümlə bağlı Moskvada, Bakıda daha çox tədbirlər olacaq. Bakıda oktyabrın 7-də onun şərəfinə böyük bir gecə keçiriləcək. Qəbələdəki yubiley həmin gün orada olanların Müslüm yaradıcılığına bir töhfəsi idi. Tamara xanım Sinyavskaya o tədbiri çox bəyəndi və dedi ki, “nə yaxşı sizin belə vokalçılarınız var”. Yubileyin bədii səviyyəsi çox yüksək səviyyədə idi.
- Fərhad müəllim, əsas problemlərdən biri də müəllimə verilən əmək haqqının aşağı olmasıdır. Azərbaycanda əsasən musiqi sahəsində çalışan müəllimlər dünyanın başqa-başqa ölkələrində işləməyə üstünlük verir.
- Əslində bu sual mənə ünvanlanmamalıdır. 90-cı illərdə hamının ürəyində bir arzu var idi - Türkiyəyə gedib pul qazanmaq. Doğrudan həmin vaxt bizdə maaş 20 dollara yaxın idi. Amma biz 30-35 dollar alırdıq. Həmin vaxt bizim akademiyanın 35 müəllim və professor heyəti Türkiyəyə getdi, orada onlara 1500 dollar maaş, üç otaqlı mənzil verildi. İndi 1500 dollar Bakıda heç nədir, o zaman üçün böyük pul idi.
”Şirkət qarovulçusu da 500 manat alır, mən də”
- Amma heç indi də Azərbaycanda bu maaşı alan yoxdur...
- ...Hə, o da yoxdur. Bəzən deyirlər, vətəni satıb, getdilər. Xaricdə belə şey yoxdur. Xaricdə professor harada yaxşı şərait varsa, ora gedir. İtalyan Almaniyaya gedib orada işləyir. Orada vətəni satmaq kimi məsələlər yoxdur. Vətən ona şərait yaratmalıdır, yaratmırsa, bu yazıq nə etməlidir? Ona görə də mən bunu normal hesab edirəm. Həmişə deyirəm, gedin. İndi çoxu qayıdır, baxmayaraq ki, maaş Türkiyədəkindən 4-5 dəfə azdır. Bu, büdcədən asılıdır, sözsüz hökumətin qərarı olmalıdır. Əgər mən rektor 500 manat alıramsa, ayrı nə demək olar... Hansısa şirkətin qarovulçusu da 500 manat alır, mən də. Əgər məni işdən çıxaracaqlarsa, gedib özəl şirkətdə qarovulçu işləyəcəyəm. Bu, belə olmamalıdır.
- İnanmaq çətin də olsa qarşıdan Sizin 65 illik yubileyiniz gəlir. Yubileyinizi necə qeyd etmək istəyirsiniz?
- Yubileydən danışma, nə yubiley? Uşaqlar mənim üçün sürpriz konsert hazırlayırlar. Yubileyim yeni Opera Zalında və Caz klubda keçiriləcək. Biri ciddi opera konserti, biri isə caz konserti olacaq. İkisində də tələbələrim çıxış edəcək. Çox sevinirəm ki, son illər ərzində yeni nəsil vokalçılar, caz musiqiçilər inkişaf edir. Avropadan gələnləri Caz Mərkəzində qəbul etdim və Emil Əfrasiyab onları tarın, muğamın sintezi ilə heyran etdi. Almaniyanın səfiri ağladı və dedi ki, bu, möcüzədir. Mən də dedim “Qarabağ budur, eşidirsən?”
- Fərhad müəllim bilirsiniz ki, Azərbaycanda 65 yaş senzi ilə bağlı müvafiq qanun var. Mən və ya başqa biri bu akademiyanı Fərhad Bədəlbəylisiz təsəvvür etmir, amma qanun qanundur... 65 yaş stressi, vəzifədən getmək qorxusu yaşamırsınız?
- Hər şey prezidentdən asılıdır və dövlət başçısı necə qərar verəcəksə, elə də olacaq. Əsas məsələ ondadır ki, Üzeyir bəyin ənənələri pozulmasın. Hər gün gedirik, Üzeyir bəylə salamlaşır, dərdləşir, zarafatlaşırıq. O, sanki canlı orqanizmdir. Sözsüz, yaşlı nəsil istər-istəməz getməlidir, bu nə qədər kədərli də olsa, təbiətin qanunu var. Bizdə istedadlı, bacarıqlı ifaçılar var. İnanıram ki, gec-tez bura kim gəlsə də, Üzeyir bəyin ənənələrini pozmayacaq...
- Fərhad müəllim, Bakı Musiqi Akademiyası ilə Milli Musiqi Konservatoriyasının birləşməsinin tərəfdarı deyilsiniz?
- Biz yaxşı ünsiyyət yaratdıq. Deməzdim ki, bizdə bir problem var. Bizdə muğamla əlaqədar kafedra var, Məcnun Kərimovun laboratoriyası var. Deməzdim ki, ayrıldıq. Milli Konservatoriyanın uşaqları bizim uşaqlarla birgə layihələrdə çıxış edirlər. Onda ikinci Konservatoriya niyə olmasın? Arzu edərdim ki, Gəncədə də, Lənkəranda da Konservatoriya olsun. Musiqi ilə bağlı hər hansı yeni ocağın yaradılmasına tərəfdaram. Burada bir problem görmürəm. Siyavuş Kərimi ilə dostuq və bu illər ərzində hansısa inciklik və problemlərlə rastlaşmamışıq. Bütün problemləri bir yerdə həll edirik. Onlar yeni bina qururlar, lap yaxşı, qoy olsun. Yeni bir səhnə, yeni idman zalı olacaq və daha böyük bina olacaq. Biz balacayıq, onlar isə maşallah çoxdur, gənclər tara, kamana gedirlər. Bax orada abituriyentlərlə heç zaman problem olmayacaq. Arada onlara yaxşı mənada qısqanclıqla baxıram. Təəssüflənirəm ki, skripkaya, simfonik orkestr üçün vacib olan aləti öyrənməyə çox gəlmirlər. Bu da bir problemdir və problemin üzərində işləyirik. Hər hansı azərbaycanlının musiqini hiss etməməsinə inanmıram. Düzdür, qayda-qanunla, nizam-intizamla problemlər var, amma sənətlə bağlı problem yoxdur.
”Şuşa üçün çox darıxmışam”
- Şuşadakı evinizi necə xatırlayırsınız?
- Mənim nənəm axı Qacar nəslindən idi. Onların çox böyük evi vardı. Nənəmin babası 1840-cı illərdə İrandan qaçdı və I Nikolay ona təqaüd verdi. Onlar əvvəl Tiflisə, Tiflisdən isə Şuşaya gəldilər. Şuşada məskunlaşıblar, Qacar nəslindən neçə nəfər rus ordusunun generalı olub. 40 oğlu var idi, biri - nənəmin atası Heydərqulu idi. Mən uşaq idim, nənəm məclislərə Qarabağ xanlarını dəvət edirdi, çay içib, paxlava yeyirdilər, şeir deyib, muğam oxuyurdular. Onlar çox aristokrat şəraitdə yaşayırdılar. Çox kefdə idilər, düşünürdülər ki, elə həmişə belə olacaq... Ermənilər də yavaş-yavaş, yavaş-yavaş hər şeyi ələ keçirirdilər. Axırda da faciə baş verdi. Yaxşı ki, Niyazi, atam bu biabırçılığı görmədi.
- Hər il 18 sentyabr tarixində çıxışınızda “O gün olsun Üzeyir bəyin “Koroğlu” uvertürası Cıdır düzündə səslənsin” arzusu ilə çıxış edirsiniz və hər il bu arzu Bakıda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında səslənir...
- Şuşa üçün çox darıxıram. Amma bu vəziyyətdə mən ora necə gedim? Hansı qisimdə gedim, qonaq kimi? Bu, mənim üçün təhqirdir, ev sahibi kimi də gedə bilmirəm. Qalmışam belə. Hə, hər dəfə burada deyirəm – Üzeyir bəyin “Koroğlu” üvertürası Cıdır düzündə səslənsin. Yenə bu ümidlə yaşayıram, ayrı ümidim, arzum yoxdur.

4053