Bakıda IV Beynəlxalq musiqi festivalı başlayır
18 sentyabr 2012 07:20 (UTC +04:00)

Bakıda IV Beynəlxalq musiqi festivalı başlayır

Bu gün Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq musiqi festivalı açılacaq.

Lent.az-ın İTV-yə isinadən məlumatına görə,ayın 29-dək davam edəcək, bu möhtəşəm festivalın açılış mərasimi ənənəyə uyğun olaraq 18 sentyabr – Milli Musiqi Günündə keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, 2009-cu ildən başlayaraq, ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Üzeyir Hacıbəyliyə həsr edilmiş IV Beynəlxalq musiqi festivalında Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - "Moskva virtuozları" kamera orkestri, Köln kamera orkestri, Zaxar Bronun rəhbərliyi ilə kamera orkestri, "Signum" saksofon kvarteti, dirijorlar Vladimir Spivakov, Gürer Aykal, Canluka Marçiano, skripkaçı Solenne Paydassi, saksofonçu ASHU, pianoçu İlya Maksimov, violonçel ifaçısı Kristof Kruaze, fleytaçı Anna de La Veqa və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində “Üzeyir evinin qonaqları” adlı yeni musiqi layihəsi təqdim ediləcəkdir. Layihə əsasında gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri təşkil olunacaq.
Həmçinin festival günlərində Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı, “Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları” mövzusunda elmi-praktiki konfransın və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar