“ELS”in uşaqlarla bağlı müraciətləri nəticə verməyə başlayır?
Uzun müddət Azərbaycanda uşaq verilişləri, bədii və cizgi filmlərinin çəkilməsi, o cümlədən ayrıca “Uşaq Televiziyası”nın yaradılması ilə bağlı monitorinq və rəy sorğuları, ictimai müzakirələr və debatlar təşkil edən “ELS” Müstəqil Araşdırma Mərkəzi təkliflər paketi ilə dövlət başçısına müraciət etmişdir.
Qurumun 2 il müddətində bu istiqamətdə gördüyü işlər öz bəhrəsini verməyə başlayır. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində Azərbaycanda uşaqlar üçün serialların çəkiləcəyini dilə gətirib. Onun sözlərinə görə, hazırda ölkədə uşaqlarla bağlı verilişlərin sayı və keyfiyyəti çox aşağıdır: “Biz çalışacağıq ki, telekanallara növbəti maliyyə ayrılanda uşaqlarla bağlı da seriallar çəkilsin. Uşaqlarla bağlı layihələrə üstünlük veriləcək. Sujet xətti uşaqların həyatı, istəkləri olan filmlərin çəkilməsini çox istərdik”.
MTRŞ sədri deyib ki, milli cizgi filmlərinə maliyyə ayrılması ilə bağlı müraciət seriallara maliyyə yardımı başa çatandan sonra ediləcək: “Cizgi filmləri ilə bağlı problem ciddidir və aktuallığında qalır. Azərbaycanda uşaqlarla bağlı göstərilən cizgi filmlərinin böyük əksəriyyəti xarici məhsullardır. Biz çalışmalıyıq ki, yerli istehsalı qaldıraq”.
Cizgi filmlərinə dair yerli istehsalı qaldırmaq üçün ilk növbədə yerli mütəxəssislər hazırlanmalıdır. Bunun üçün xüsusi kurslar təşki olunmalı, kino sənayesinin təcrübəli mütəxəssisləri gənc rejissorlara treninqlər keçməlidir. Ümumiyyətlə isə, uşaq verilişlərinin milli bazasının dirçəlməsi istiqamətində dövlət dəstəyi vacibdir ki, cizgi və animasiya filmlərinin istehsalı üçün maliyyə yardımı ayrılsın. Uşaq və yeniyetmələrin mövcud informasiya axınının düzgün qiymətləndirməməsi nəticəsində yalnış təsəvvür və davranış qaydalarının formalaşmasından qorunmaları məqsədilə “Yetişən nəslin sağlamlığına, əxlaqi və mənəvi inkişafına zərər vurab informasidan müdafiəsi haqqında” Qanunun qəbulunu təxirəsalınmaz məsəslələrdən biri hesab edir.
“ELS” Müstəqil Araşdırma Mərkəzinin bu sahədə apardığı fəaliyyətin müsbət nəticə verəcəyinə ümid edirik. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Azərbaycanda uşaqlar üçün serialların çəkiləcəyini dilə gətirməsini ilk addım kimi qiymətləndiririk. Əsas odur ki, bu istiqamətdə işlər başlansın və gənc nəsl yad mədəniyyəti təbliğ edən, yalnış dünyagörüşü formalaşdıran filmləri seyr etmək məcburiyyətində qalmasın.
Necə deyərlər: “Yaşayarıq, görərik”
İradə Yaqubova
“Els” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11