“Medalyon” filminin jurnalistlər üçün baxışı təşkil edilib – FOTO
Park Cinema “Medalyon” (“Qaçırılmış”) filminin jurnalistlər üçün baxışını təşkil edib. Lent.az-ın məlumatına görə, döyüş-triller janrında olan film jurnalistlər tərəfindən bəyənilib. Bu məkanda yeni filmlərin jurnalistlər üçün təşkilinin təşəbbüskarı “Park Bulvar” AVM-in pr meneceri Günay Malikqızıdır.
Film bu il ABŞ-da rejissor Saymon Uestin rəhbərliyi ilə ekranlaşdırılıb. Rollarda Nikolas Keyc, Deni Hyuston, Malin Akerman və başqaları çəkilib.
Film keçmiş həyatı ilə vidalaşmaq istəyən sabiq kriminal avtoritetin qızının naməlum şəxslər tərəfindən qaçırılmasından bəhs edir. Oğrular yeniyetmə qızı taksinin baqajında gizlətdiklərini bildirirlər. Atanın cəmi bir neçə saatı var ki, qızının olduğu yeri tapıb onu xilas edə bilsin. Buna görə də o, yenidən Nyu-Yorkun kriminal dairələrinə qoşulmalı olur. Artıq onu heç nə saxlaya bilməz!

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06