Türkiyənin məşhur yazıçısı ölkəmizə gəlir
“Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanların müəllifi İskəndər Pala bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq. Lent.az-ın məlumatına görə, “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti və təşkilatçılığı ilə baş tutan səfər yazıçının respublikamıza ilk səfəridir.
Bu günlərdə İ. Palanın “OD” romanının Azərbaycan dilinə uyğunlaş¬dırılaraq çapını həyata keçirən “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi yazıçının səfəri ilə bağlı zəngin proqram tərtib etmişdir. Belə ki, ilk öncə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək yazıçı, həmçinin şəhərin başqa tarixi yerləri, o cümlədən muzeylərlə tanış olacaq, bir sıra mühüm görüşlər keçirəcək. Ayın 17-də Odlar Yurdu Universitetində professor-müəllim heyəti və tələ¬bələrlə görüşən Türkiyəli yazıçıya bu universitetin “fəxri doktorluq” ünvanı təqdim olunacaq. Sonra yazıçı Milli Məclisdə parlament üzvü olan ədəbiyyat, mədəniyyət, elm xadimləri və habelə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcək. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi” keçiriləcək. Ayın 18-də Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərovla görüş, Mərkəzdə “Ortaq Türk tarixi və kültürü: yeni dövrün çağırışları və yazarların, tarixçilərin, aydınların üzərinə düşən vəzifələr” mövzusunda konfransın keçirilməsi və bir neçə ictimai təşkilat tərəfindən İskəndər Palaya ödül təqdim edilməsi nəzərdə tutulub. Həmin gün Azərbaycan Yazıçılar Birliyində yazıçılarla, ədəbi ictimaiyyətin nüma¬yən¬dələri ilə görüşən yazıçının, ardından Baş nazirin müavini, Xalq yazıçısı Elçinlə görüşü və Əlyazmalar İnstitutunu ziyarət etməsi də nəzərdə tutulub.
Türkiyəli yazıçı Bakıda olduğu müddətdə İşərişəhər, Qobustan və Atəş¬gahı da ziyarət edəcək.

1249