Qənirə Paşayevadan yeni layihə
Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə xanım Paşayeva yeni bir layihə gerçəkləşdirib. Lent.az-ın məlumatına görə, məşhur türk yazıçısı İsgəndər Palanın Yunus Əmrə haqqında qələmə aldığı “Od” romanından sonra millət vəkili yenicə işıq üzü görən “Ədəbi Nobel antologiyası” layihəsini gerçəkləşdirib. Rəhbəri və ön sözün müəllifi Qənirə Paşayeva olan antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və çapa hazırlayıb, redaktorları Nurafiz və Əkbər Qoşalıdır.
“Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunan 816 səhifəlik antologiyada dünyanın ən nüfuzlu ədəbi ödülü olan ədəbiyyat üzrə Nobel mükafatının təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülən 67 nasirin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında qısa məlumatlar da verilib. Əhatə miqyasına və ədəbi nümunələrin seçiminə görə nadir olan bu antologiya Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək.
Antologiyaya daxil edilən əsərləri ingilis, rus, türk, ərəb, alman, ispan və başqa dillərdən tanınmış qələm adamları, peşəkar tərcüməçilər çeviriblər. Elçinin, Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Pamazanqızının tərcüməsində Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər Nobel mükafatını almaq şərəfinə nail olmuş yazıçıların yaradıcılığından örnəklər, şübhəsiz, Azərbaycan oxucusu üçün maraqlı olacaq.
Oktyabrın 7-də ədəbiyyat üzrə Nobel mükafatının yeni sahibi məlum olacaq. “Ədəbi Nobel antologiyası”nın bu ərəfədə işıq üzü görməsi planlaşdırılır.
Q.Paşayeva oxuculara tövsiyələr də verib: “Ədəbi Nobel antologiyası” hər bir Azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Bu, bir güldəstədir, sözlə çəkilmiş gözəllik tablosudur, sənət əsəridir – bu güldəstə, bu tablo böyük qələmlərin ortaq işidir: hərə bir ilmə, bir naxış vurub, bir rəng qatıb ümumi Ədəbi Nobel portretinə çevrilib və nəticədə bənzərsiz antologiya yaranıb. Oxucular “Ədəbi Nobel antologiyası”nı sentyabrın 14-dən etibarən kitab mağazalarında əldə edə bilərlər.

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16