
Əməkdar artistin həyatı risk altındadır
Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Azər Mirzəyevin səhhətində irəliləyiş hiss olunmur. Aktyorun həyat yoldaşı Sevinc Mirzəyevanın Lent.az-a verdiyi məlumata görə, həkimlər artıq bir müddətdir, xəstəxanada müalicə olunan Azər Mirzəyevin əməliyyat olunmasının vacib olduğunu söyləyiblər. Sevinc Mirzəyeva bildirib ki, əməliyyat xəstənin həyatı üçün riskli olduğundan ailəsi tərəfindən həkimlərə hələlik razılıq verilməyib: “Azərin ürək-damar sistemində kəskin problemlər var. Onlar bizə bildirdilər ki, əməliyyat xəstənin həyatı üçün risklidir. Ona görə də əməliyyat üçün hələlik razılıq verə bilmirik”.
Qeyd edək ki, Azər Mirzəyev sentyabrın 5-dən aortanın anevrizmi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. May ayında da insult keçirən əməkdar artist bir müddət müalicə kursu da keçib.
Jalə
Qeyd edək ki, Azər Mirzəyev sentyabrın 5-dən aortanın anevrizmi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. May ayında da insult keçirən əməkdar artist bir müddət müalicə kursu da keçib.
Jalə
Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00