Bir kitab, bir təbəssüm - FOTO
Bu gün Park Bulvar Alış-Veriş Mərkəzinin birinci mərtəbəsində Gənclər üçün Təhsil Mərkəzinin Ağcabədi rayonundakı fəallarının və telejurnalist Vəsilə Vahidqızının “Bir kitab, bir təbəssüm” adlı humanitar aksiya keçirilib.
Əsas məqsədi region gəncləri üçün Ağcabədidə yeni kitabxananın qurulmasını və onların kitaba olan marağını artırmağı nəzərdə tutan aksiyaya millət vəkilləri, jurnalistlər və cəmiyyətimizin müxtəlif sahələrini təmsil edən ziyalılar qoşulub.
Aksiyada çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Aqil Abbas, Türkiyənin tanınmış sənətçisi Ahmet Şafak, tanınmış jurnalistlər Nərgiz Cəlilova, İlhamə Novruzova, Azər Həsrət, Günay Malikqızı və digərləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirdilər və öz kitablarını gənclərə hədiyyə etdilər.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi yaxın vaxtlarda region gənclərinin toplanan kitablardan sərbəst yararlanması üçün müvafiq şəraitin yaradılmasını təmin edəcək.

Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34