Xalq artisti 10 gün xəstəxanada qalacaq
Bunu ötən gün səhhəti pisləşərək Dənizçilər xəstəxanaya yerləşdirilən xalq artisti Arif Quliyev Lent.az-a açıqlamasında deyib. Hazırda vəziyyətinin qənaətbəxş olduğunu söyləyən xalq artisti həkimlərin ciddi nəzarətində olduğunu bildirib “Hələ ki, ətrafı tam görə bilmirəm. Gözlərim tor görür. Ayağa qalxanda isə başım fırlanır. Ona görə də həkimlər ayağa durmağa icazə vermirlər”.
Arif Quliyev 10 gün xəstəxanada qalacağını deyib: “Vəziyyətim yaxşı olarsa, tez buraxacaqlar. Amma həkim dedi ki, ən az 10 gün burada olacaqsan. 10 gündən sonra bəlkə ayağa qalxmağa icazə verərlər”.
Qeyd edək ki, sentyabrın 2-də Ağcabədi rayonuna yas mərasiminə gedərkən Arif Quliyevin halı pisləşib. Hipertonik-kriz diaqnozu ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına aparılan xalq artisti daha sonra Bakıya yola salınıb.
Jalə

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00