85-ci teatr mövsümünün ilk festivalı - FOTO
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə 10 nəfərlik nümayəndə heyətinin qatıldığı səfər mövsümün ilk beynəlxalq festivalında iştirak etmək məqsədi daşıyır.
Brest şəhərində keçiriləcək ənənəvi XVII “Belaya Veja – 2012. Klassika Plus” (“Ağ qala”) festivalı sentyabr ayının 7-dən - 14-dək davam edəcək. Hər il keçirilən ənənəvi “Belaya Veja” (“Ağ qala”) teatr festivalında kollektiv İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
Dünyanın 11 ölkəsindən 26 kollektiv ən yaxşı klassik əsərləri ənənəvi və yeni interpretasiyalarda təqdim edəcək. Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın, dünyanın digər ölkələrinin dram, kukla, poeziya, meydan, musiqili teatrları iştirak edəcəklər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü dəfədir ki, sözügedən festivala dəvətlidir.
Brestlilərə və şəhərin qonaqlarına Azərbaycan, Belarus, rus, polyak, Ukrayna dillərində və başqa dillərdə (rus dilinə tərcümə ilə) tamaşalar təqdim olunacaq.
Festival həftəsi sentyabrın 7-də M.Qorki adına Milli Akademik Dram Teatrının “Ağıldan bəla” tamaşası ilə açılacaq.
Ağ qala” ənənəvi beynəlxalq teatr festivalı Brestdə 1996-cı ildən keçirilir. Onun məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrlarının sənətini nümayiş etdirməkdir.
Jalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11