“Azərbaycan musiqi tarixi”
30 avqust 2012 17:43 (UTC +04:00)

“Azərbaycan musiqi tarixi”

“Şərq-Qərb” nəşriyyatı tərəfindən “Azərbaycan musiqi tarixi” çoxcildliyinin birinci cildi nəşr olunub. Lent.az-ın məlumatına görə, AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanan bu nəşr Azərbaycan musiqi tarixinin ən qədim zamanlardan XX əsrə qədərki az işlənmiş, mürəkkəb dövrünü əhatə edir.





Nəşrdə ilk dəfə qədim dövrlərdə musiqimizin icmalı, musiqimizin təməlini təşkil edən ənənəvi şifahi peşəkar xalq musiqisi - aşıq sənəti, muğamlarımız, musiqi folklorumuz – mahnılarımız, rəqslərimiz, qədim musiqi alətlərimiz, Nizami dövründə musiqi (XII əsr), XIII-XV əsrlərdə musiqi elmimizin korifeyləri S. Urməvi, Ə. Marağai, F. Şirvanı və digər alimlərin yaradıcılığı təhlil edilir.





Nəşrdə, eyni zamanda, Azərbaycan musiqisinin inkişafında Şuşa, Şamaxı, Bakı muğam məclislərinin böyük rolu göstərilir. Böyük ensiklopediyaçı alim M.M.Nəvvabın və ustad xanəndə C.Qaryağdıoğlunun həyatı və yaradıcılığı təhlil edilir. Cilddə rəngli şəkillər, not nümunələri, rus və ingilis dillərində geniş xülasə verilib.



“Azərbaycan musiqi tarixi” çoxcildliyinin akademik nəşri layihəsinin rəhbəri və elmi redaktoru AMEA-nın müxbir üzvü Zemfira Səfərovadır.





Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958

Oxşar yazılar