Millət vəkilindən güney Azərbaycana növbəti dəstək
Türkiyənin məşhur yazarı İsgəndər Palanın "OD" əsəri Azərbaycan dilində satışa çıxarılacaq. Lent.az-ın məlumatına görə, "Əli və Nino" kitab mağazaları şəbəkəsində sabahdan satışa çıxarılan əsər Azərbaycan dilində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Qənirə Paşayeva özüdür.
Türkiyədə ən çox oxunan kitablardan biri olan "OD" əsərinin Azərbaycan dilində yayım haqları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nə aiddir. Təşkilat kitabın satışından əldə olunacaq vəsaiti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Təbriz, Əhər, Heris, Vərzigan bölgələrində zəlzələdən zərər çəkmiş bacı-qardaşlarımıza göndərəcək.
Türkiyənin ən tanınmış yazarlarından olan İsgəndər Palanın oxuculara çatdırdığı Yunus Əmrə hekayətini Azərbaycan türkcəsinə Nəriman Əbdülrəhmanlı çevirib.
Qeyd edək ki, yaxın zamanlarda əsərin müəllifi İsgəndər Pala Qənirə Paşayevanın dəvəti ilə Azərbaycana səfər edəcək. Səfər çərçivəsində onun bir sıra maraqlı proqramları, oxucularla görüşü də nəzərdə tutulub.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27