Azərbaycanlı vokalçının Almaniyada yeni albomu çıxıb - FOTO
30 avqust 2012 14:43 (UTC +04:00)

Azərbaycanlı vokalçının Almaniyada yeni albomu çıxıb - FOTO

Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun Almaniyada yeni CD albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, “Azərbaycanım” adlı albomda Ramil Qasımovun ifasında Azərbaycanın dünya şöhrətli bəstəkarların əsərləri yer alıb. Albom Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılır. Eyni zamanda bu topluda “Sənsiz”, “Sevgili canan” (Üzeyir Hacıbəyli, Nizami Gəncəvi), “Azərbaycan” (Müslüm Maqomayev), “Vətən qədər ucalar” (Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə), “Sahilə gəl” (Vasif Adıgövəlov, Mikayıl Müşfiq), “Sevgilim” (Tofiq Quliyev, Zeynal Cabbarzadə), “Həsrət nəğməsi” (Eldar Mansurov, İsmayıl Dadaşov), “Lay-lay” (Cahangir Cahangirov, İslam Səfərli), “Qurban olduğum” (Hacı Xanməmmədov, Mikayıl Müşfiq), “Koroğlunun ariyası” (Üzeyir Hacıbəyli), “İlhamlı günləri Azərbaycanın” (Azad Zahid, Abdulla Qurbani), “My way” (Frenk Sinatra) və digər sevilən musiqilər yer alıb.





Ramil Qasımov bildirib ki, bu diskin Azərbaycanla yanaşı, Almaniyada da satışı olacaq.

Vokalçı növbəti iki albom üzərində işlədiyini də açıqlayıb. R.Qasımovun hazırda üzərində işlədiyi növbəti disk sentyabrın 18-də, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün işıq üzü görəcək: “Bu disk Azərbaycan klassik musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət olacaq. Albomda Üzeyir bəyin “Arşın mal alan” operettasından tutmuş, “O olmasın, bu olsun”, “Koroğlu” operasından parçalar, görkəmli bəstəkarımızın vətənpərvərlik mövzusunda olan parçaları yer alacaq”.





Daha bir yeniliyi bölüşən Musiqi kollektivlərinin bədii rəhbəri deyib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 127 illiyi ilə əlaqədar olaraq musiqi kollektivlərinin ifasında Üzeyir bəy və Müslüm Maqomayevin əsərlərindən ibarət böyük bir tele-konsert proqramına hazırlanılır. Eyni zamanda gənclərlə birgə “Arşın mal alan” operettasının radio versiyası da hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2281

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37