İlhamə Quliyeva ürəyindən əməliyyat olundu
25 avqust 2012 13:24 (UTC +04:00)

İlhamə Quliyeva ürəyindən əməliyyat olundu

Xalq artisti İlhamə Quliyevanın üzərində aparılan cərrahiyə əməliyyatı başa çatıb. Bu barədə Lent.az-a xalq artistinin prodüseri Lamiyə Ələkbərova deyib. Prodüser bildirib ki, İlhamə Quliyeva səhər saatlarında ürəyindən əməliyyata alınıb. Prosesin indi başa çatdığını söyləyən Lamiyə Ələkbərova xalq artistinin bir saatdan sonra reanimasiya şöbəsinə yerləşdirəcəyini deyib. Lamiyə Ələkbərova bildirib ki, İlhamə Quliyeva 2 gün reanimasiyada saxlanıldıqdan sonra palataya köçürüləcək.



Prodüser deyib ki, hazırda xalq artistinin oğlu, ən yaxın dostları və ailə üzvləri xəstəxanadadır.



Qeyd edək ki, 64 yaşlı xalq artistinin ürək-damar sistemində problemlər olduğu üçün həkimlər ona təcili əməliyyat olunmağı məsləhət görüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509

Oxşar yazılar