İlhamə Quliyeva əməliyyat olunur
Xalq artisti İlhamə Quliyeva əməliyyat olunur. Bu barədə Lent.az-a açıqlamasında xalq artistinin prodüseri Lamiyə Ələkbərova deyib. Prodüser bildirib ki, İlhamə Quliyeva bir saat əvvəl əməliyyat otağına aparılıb. Əməliyyatın 4 saat davam edəcəyini deyən Lamiyə Ələkbərova bildirib ki, İlhamə Quliyeva 2 gün reanimasiyada saxlanılacaq.
Prodüser deyib ki, hazırda xalq artistinin oğlu, ən yaxın dostları və ailə üzvləri xəstəxanadadır.
Qeyd edək ki, 64 yaşlı xalq artistinin ürək-damar sistemində problemlər olduğu üçün həkimlər ona təcili əməliyyat olunmağı məsləhət görüb.
Jalə

1530