Yaşar Nuri sabah yenidən Türkiyəyə aparılacaq
Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri sabah yenidən Türkiyəyə aparılacaq. O, İstanbuldakı Amerikan Xəstəxanasında müayinə olunacaq. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın Lent.az-a verdiyi məlumata görə, avqustun 1-dən Bakıda olan xalq artisti müayinə olunmaq üçün yenidən xəstəxanaya yerləşdiriləcək: “Yaşarın indiki durumu əvvəlkindən xeyli fərqlənir. Onun sağalacağına bizim ümidimiz yox idi. Bu müalicə ölünü diriltmək kimi oldu. Ona görə də mütəmadi müayinələr davam edir. Orada nə qədər qalacağı da bəlli deyil. Bu, həkimlərin cavablarından sonra məlum olacaq”.
Rəhimə Nuriyeva bildirib ki, hazırda xalq artisti özünü yaxşı hiss etsə də, yenidən səfərə çıxdığı üçün kefsizdir: “Yollar da onu yorur. İndi də Türkiyəyə getdiyi üçün yenə də kefsizdir. Heç kimlə danışmaq istəmir. Amma bu səfərlər onun səhhətində irəliləyiş olduğu üçün həm də sevinir”.
Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından müalicə kursu keçir. Bakıda Mərkəzi Gömrük Xəstəxanasında müalicə aldıqdan sonra Amerikan Xəstəxanasında müalicəsini davam etdirib. Bu il iyunun 23-də Bakıya qayıdan xalq artistinin qəflətən hərarəti qalxdığı üçün o, yenidən Gömrük xəstəxanasına yerləşdirilib. İyulun 10-da isə yenidən Türkiyəyə aparılıb. Sonuncu dəfə isə xalq artisti Türkiyədə müalicəsini yarımçıq qoyaraq, Milli Kino günü ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya gəlib.
Jalə

Oxşar yazılar

Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək niyyətindədir
19 may 2025 , 19:07
Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR
19 may 2025 , 17:59
"Avroviziya-2025": Böyük Britaniya yenə təəccübləndirdi...
19 may 2025 , 13:22
Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13