Nyu-Yorkda Nizami Gəncəviyə həsr olunmuş sərgi açılacaq
17 avqust 2012 19:41 (UTC +04:00)

Nyu-Yorkda Nizami Gəncəviyə həsr olunmuş sərgi açılacaq

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşəcək sərgidə dünyaca məşhur olan Metropolitan Muzeyinin İslam Sənət Departamenti tərəfindən Nizami Gəncəviyə aid əlyazmalar nümayiş olunacaq.

Muzeydə saxlanılan 20-dən çox nadir manuskriptin təqdim olunacağı sərginin açılışında İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru İsmail Seragəldin və Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa iştirak edəcəklər.
Sərginin Gəncədə, Bakıda və o cümlədən Gürcüstan tərəfdaşlarının müraciəti ilə Tbilisidə, habelə Yunanıstanın paytaxtı Afinada nümayişi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336

Oxşar yazılar