TRT "Ayrılıq" və "Ala gözlüm"ə film çəkir -
TRT Azərbaycanda "Ayrılıq" və "Ala gözlüm" mahnılarına film çəkir. TRT-nin Azərbaycan təmsilçiliyindən Lent.az-a verilən məlumata görə, yarım saatlıq film "TRT Müzik" kanalındakı "Mahnılar və hekayələri" ("Türküler ve öyküleri") adlı serial-proqramda yayımlanacaq.
Bu məqsədlə TRT rejissoru Fateh Arslan və TRT prodüseri Hakan Bişkin Bakıya gəlib. TRT qrupu Bakıda sözügedən mahnıların hekayələrini öyrənmək və çəkiləcək filmlərin yerlərini müəyyənləşdirmək üçün fəaliyyətə başlayıb. Mahnıların hekayələri ilə bağlı araşdırma aparan heyət filmdə oynayacaq aktyorları da müəyyənləşdirib. Filmdə çəkiləcək aktyorlar, mahnıları səsləndirəcək müğənnilər və aparıcılar azərbaycanlılar olacaq.
Rejissor Fateh Arslan filmin ssenarisini yazmağa başladıqlarını bildirib. Rejissor film üçün bu mahnıların seçilməsinin səbəbini isə belə açıqlayıb: "İstər "Ala gözlüm", istərsə də "Ayrılıq" Türkiyədə də kifayət qədər bilinən və hətta Türkiyədəki türkülərdən belə daha populyar olan mahnılardır. Ona görə də bu mahnıların hekayəsini, tarixini də Türkiyə tamaşaçılarına çatdırmaq istədik".
Filmin çəkilişləri sentyabrın 26-da başlayacaq və 10 gün davam edəcək. Çəkilişlərin böyük hissəsi Qala kəndində həyata keçiriləcək. Çəkilişlər 10 gün davam edəcək. Rejissor çəkiliş üçün Bakıya 15 nəfərlik professional qrupla gələcəklərini, işıqçıdan operatora qədər bütün qrupun TRT əməkdaşlarından ibarət olacağını söyləyib. Fateh Arslan çəkiliş üçün Qalanı seçmələrinin səbəbini belə izah edib: "Qala Azərbaycanı ən yaxşı əks etdirən məkanlardan biridir və aurası çox gözəldir".
TRT rejissoru araşdırma və hazırlıq müddətində Azərbaycanda çox böyük maraq, diqqət və qayğı gördüklərini deyib.

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film
21 avqust 2025 , 13:34
Tarantino ən yaxşı flmlərini sıraladı
21 avqust 2025 , 10:38
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı
21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB
20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi
20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı
19 avqust 2025 , 13:57