“İRƏLİ” dahi sənətkar Müslüm Maqomayevi anacaq
“İRƏLİ” İctimai Birliyi və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbir 18 avqust saat 18:00-da Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq.
Konsertdə "İRƏLİ" Mədəniyyət Mərkəzi üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda M.Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, öz sənəti ilə milyonların sevgisini qazanmış və Azərbaycanı dünyada tanıdan əvəzolunmaz M.Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının təşkil olunması məsuliyyətli, eyni zamanda qürurverici hadisədir: “Məqsədimiz dahi sənətkarın ruhuna hörmət nümayişi ilə yanaşı, həm də M.Maqomayev irsinin gənclər arasında təbliğ olunmasıdır”.
Konsert proqramında 400 nəfər qonağının iştirakı gözlənilir. Tədbirdə iştirak etmək istəyənlər şəxslər Facebook səhifəsinə daxil ola bilərlər (http://www.facebook.com/events/118726734934955/)

Oxşar yazılar

Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək niyyətindədir
19 may 2025 , 19:07
Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR
19 may 2025 , 17:59
"Avroviziya-2025": Böyük Britaniya yenə təəccübləndirdi...
19 may 2025 , 13:22
Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13