“Yaşlı rejissorlara demək istəyirəm ki, sükanı gənclərə versinlər”
08 avqust 2012 16:27 (UTC +04:00)

“Yaşlı rejissorlara demək istəyirəm ki, sükanı gənclərə versinlər”

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"-na ssenari qəbulu davam edir. Lent.az-ın məlumatına görə, ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır. Janr məhdudiyyəti yoxdur.

“Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Rəssamlar İittifaqının üzvü, «Kirpi» jurnalının bədii redaktoru, karikaturaçı rəssam Hafiz Nəsiroğlu festivalla bağlı bildirib ki, festivalın keçirilməsi təqdirəlayiq hadisədir, çünki seriallarda, şoularda təsadüfü insanlar çoxdur: “Baxırsan, ağzının sözünü danışa bilmir, amma aktyor qismində tamaşada oynayır. Belə olan halda, istedadlı gənclərimizə ehtiyac hissi yaranır. Gənclər arasında çox gözəl aktyor, rejissorlarımız var, sadəcə onları ruhlandırmaq lazımdır. Gəncliyin dəstəyə ehtiyacı var. Bir də görürsən hansısa bir tamaşa yaşlı rejissor tərəfindən səhnələşdirilib, gedib baxırsan, səviyyəsi səni qane etmir. Klassik tamaşanı gənc beyin daha sanballı, daha maraqlı və təsiredici təqdim edə bilər”.
H.Nəsiroğlu bildirib ki, bu Azərbaycan teatrlarında rejissura problemi yaşanır: “Hər zamanın öz tələbi var. Zamanla ayaqlaşmaq lazımdır. Rejissor teatrda dirijor rolunu oynayır. Mən bu mənada üzümü yaşlı rejissorlara tutub demək istəyirəm ki, sükanı gənclərə verin. Çünki gənc beyin daha yeni fikirlərlə zəngindir. Onların düşüncə tərzi, dəsti-xətti fərqli, orijinaldır. Yaradıcı beyin yeni olmalıdır, müasir düşünməyi bacarmalıdır. Yaşlı nəsil ya müasir olmağı bacarmalıdır, ya da geri çəkilməldir ki, bu işi bacaranlar görsünlər. Gənc nəslin hazırlayacağı tamaşalar daha çox tamaşaçı cəlb edə bilər”.

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festivala ssenarilər avqust ayının 12-ə qədər [email protected] ünvanında qəbul olunur. Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

Layihənin informasiya dəstəyi LENT.az və Guney.az xəbər portalları, habelə Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar