“Eurovision-2021” ilə bağlı YENİ XƏBƏR
26 oktyabr 2020 17:20 (UTC +04:00)

“Eurovision-2021” ilə bağlı YENİ XƏBƏR

 “Eurovision-2021” beynəlxalq musiqi yarışmasında iştirakını təsdiqləyən ölkələrin sayı 40-ı keçib.

Lent.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yarışmanın mətbuat xidməti məlumat yayıb.

“Eurovision”ın bu il may ayında Rotterdamda keçirilməsi nəzərdə tutulsa da, dünyadakı epidemioloji vəziyyətə görə tədbir ləğv edilib. Yarışmanın 2021-ci ildəki finalı 22 may tarixinə planlaşdırılıb. İştirak edəcək 41 ölkənin nümayəndələri 2020-ci ildə yarışması planlaşdırılanlardır.

İştiraklarını təsdiqləyən ölkələr arasında Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya və digər ölkələr var.

Azərbaycan və Ermənistan da yarışa qatılacaqlar.

Təşkilatçılar, 2021-ci ildə də yarışma üçün müxtəlif variantları nəzərdən keçirməyə davam etdiklərini vurğulayıblar. Yüksək səviyyədə qurduqları və belə çətin anlara baxmayaraq təxminən 180 milyon nəfərlik tamaşaçı üçün üç canlı şou keçirməyi planlaşdırdıqlarını söyləyiblər.

Mətbuat xidməti bildirib ki, "Bu hədəfə çatmaq üçün yarışmanın işçiləri, iştirakçıları, mətbuatı və qonaqlarının sağlamlığına təminat verəcək genişləndirilmiş bir protokol üzərində işləyirik".

Təşkilatçılar tərəfindən əvvəlcədən bildirildiyi kimi, müsabiqənin keçirilməsi üçün dörd mümkün ssenari hazırlanır. “Eurovision” Mahnı Yarışmasının hansı formada keçiriləcəyi ilə bağlı qərar gələn ilin əvvəlində veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1675
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar