Vyetnamın Quang Ninh əyalətində həkimlər bir xəstənin içərisində nəhəng canlı ilan balığı aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı kişi dözülməz qarın ağrısı ilə həkimə müraciət edib. Müayinə zamanı xəstənin bədənində uzun canlı məxluq aşkar edilib.
Mürəkkəb əməliyyatdan sonra xəstənin bədənindən 30 santimetrlik ilan balığı çıxarılıb.
İlan balığının kişinin mədəsinə düşməsinin səbəbi sirr olaraq qalır. Həkimlər hesab edirlər ki, heyvan anus vasitəsilə qalın bağırsağa daxil olub, bağırsaq divarını dişləyib və qarın boşluğuna daxil olub. Bununla belə, xəstənin bədənindən çıxarılana qədər balığın sağ qalması onları təəccübləndirib.