Uzunmüddətli münasibətdə yaxınlıqdan imtinanın səbəbləri
15 yanvar 2024 07:24 (UTC +04:00)

Uzunmüddətli münasibətdə yaxınlıqdan imtinanın səbəbləri

Radio aparıcısı və seks və münasibətlər üzrə yazıçı Jana Hokinq partnyorların bir-birlərinə qarşı cinsi cazibəni itirməsinin əsl səbəbini açıqlayıb.

Lent.az "Lenta.ru"ya istinadən xəbər verir ki, onun fikrini "News.com.au" portalı dərc edib.

Hokinq uzun müddətdir ki, münasibətin əvvəlində ehtiraslı sevgili olan insanların niyə getdikcə cinsi əlaqəyə olan maraqlarını itirdiyini anlaya bilmədiyini deyib.

O, uzunmüddətli münasibətlərdə cinsi aktivliyin azalmasının əsas səbəbinin əsəb olduğunu söylədi.

Burada söhbət xəyanət və ya sui-istifadədən sonra yaranan açıq qəzəb deyil, xırda şeylərə görə məyusluq nəzərdə tutulur.

Kimsə zibil atmadı və ya xəbərdarlıq etmədən gecikdi və s. kimi.

Hokinq etiraf edib ki, bu nəzəriyyəni eşidəndən sonra o, özünün də buna bənzər bir şey yaşadığını başa düşdü.

Keçmiş partnyoruna hətta ona demədiyi xırda şikayətlər və incikliklər səbəbindən cinsi istəyini itirmişdi:

“Düşünmürəm ki, istəmədən cinsi əlaqəni passiv-aqressiv taktika kimi istifadə edən tək mən deyiləm. Sadəcə danışmaq əvəzinə intimdən qaçmağa başlayırıq”, - deyə aparıcı bildirir.

Gündəlik fikir ayrılıqlarının cütlüyün intim həyatını korlamaması üçün Hokinq cütlüklərə onları qıcıqlandıran vərdişlər barədə zaman-zaman bir-biri ilə danışmağı tövsiyə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4014
avatar

Oxşar yazılar