Sovet İttifaqında defisit mallardan biri də tualet kağızı idi.
Lent.az xəbər verir ki, bu məhsul SSRİ-də 30-cu illərdən istehsal edilsə də, onu yalnız böyük şəhərlərdə almaq mümkün idi. İttifaqın qalan ərazisində isə... məşhur gürcü lətifəsində deyildiyi kimi “tualetə radio ilə” getmirdilər.
40-cı illərdə istehsal kütləviləşən zaman məlum olur ki, əhali bu malı almır. Sən demə, homos sovieticus (sovet adamı – red.) ondan sadəcə olaraq istifadə edə bilmir. Buna görə də, qəzetlərdə tualet kağızından istifadəyə dair təlimatlar dərc edildi.
Bu təlimatlarda maraqlı nüanslar çoxdur və rus dilini biən hər kəs fotodakı qəzeti oxuya bilər. Təlimatın ən maraqlı hissəsi isə sonuncu cümlədir: “MƏHSULUN təkrar istifadəsi tövsiyə edilmir”.
Bizcə əlavə şərhə ehtiyac yoxdur.