Trampın  pozduğu ənənəni   Bayden BƏRPA ETDİ
09 sentyabr 2022 17:22 (UTC +04:00)

Trampın pozduğu ənənəni Bayden BƏRPA ETDİ

Ağ Evdə keçirilən mərasimdə ABŞ-ın 44-cü prezidenti Barak Obama və xanımı Mişel Obamanın rəsmi portretləri təqdim edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Amerika prezidenti Co Bayden də iştirak edib. 

Obamanın dövlət başçısı olduğu zaman vitse-prezident kimi çalışan Bayden haqqında müsbət fikirlər səsləndirib. Bununla yanaşı, o, keçən il baş vermiş “Capitol” basqınını nəzərdə tutaraq zarafat edib və saraydakıları güldürüb: 

"Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Bir neçə dostumuzu dəvət etməyimizə icazə verdiyiniz üçün çox sağ olun. Narahat olmayın, buranı dağıtmağa gəlməmişik". 

Qeyd edək ki, Amerikada seçilmiş prezident sələfinin rəsmi portretini təntənəli açılış mərasimi ilə təqdim edir. Sonra həmin portretlər Ağ Evin divarından asılır. Bu qədim Ağ Ev ənənəsidir.

Amma Donald Tramp hakimiyyəti illərində bu ənənəni ləğv etmişdi. Bayden isə bu adəti yenidən bərpa edib. 


 

# 2712
avatar

Sevinc Fərid

Oxşar yazılar