Liverpul Universitetinin tələbəsi dezodorantdan döşlərini – məmələrini itirib və heç nə olmamış kimi növbəti mühazirəyə gedib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, adı açıqlanmayan kişi 15 yaşı olanda məmələrini itirdiyini deyib. Gənc oğlan universitetin paltardəyişmə otağında olarkən dostu ondan iki şüşə dezodorantı çılpaq sinəsinə boşaltmağa çağırıb. Bundan dərhal sonra bir dostu dezodorantı onun məmələrinin ucuna fısqırdıb və onlar düşüblər.
“Əvvəlcə üşüdüm. O qədər də qorxulu deyildi. Sonra yanmağa başladı və mən hər şeyin bitməsini gözlədim. Hər şey yaxşı idi. Bundan sonra məmələrimi donduran oğlan onlara toxundu... Və düşdülər”, - gənc söyləyib.
O, yaraların ziyil kimi göründüyünü izah edib.
Baş verənlərdən sonra gənc heç nə olmamış kimi növbəti mühazirəsinə gedib.
“Mən sakit otururdum və ətrafdakılar dedilər: "Sənin köynəyində qan var", - o, vurğulayıb.
Müəllim dərsi dayandırıb və tələbənin tibbi yardıma ehtiyacı olub-olmadığını soruşub, tələbə mənfi cavab verib.
Kişinin dediyinə görə, məmə uclarının olmadığını göstərəndə insanlar inamsızlıqla reaksiya verirlər. Onların çoxu gülməyə başlayır, o cümlədən ilk sevgilisi də.
O, insanları öz təcrübəsini təkrarlamağa çalışmamağa çağırdığını vurğulayıb, lakin bunu etdiyinə görə peşman olmadığını və zamanı geri qaytara bilsə, bunu yenidən edəcəyini qeyd edib.