Doğum evində işləyən Trillet (hərfi olaraq tərcüməsi “üçlük” deməkdir) soyadlı qadın həkimin həyatında “3” rəqəmi böyük rol oynayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı qadın 3-cü ayın (martın) 3-də anadan olub:
- 3 nömrəli evin 3-cü mərtəbəsində yaşayıb;
- 3 dəfə evli olub;
- 3 dəfə övlad dünyaya gətirib;
- Həkim karyerası ərzində 3 dəfə üçüz doğumunda iştirak edib.