Süni şokolad  hazırlandı
12 mart 2026 11:50 (UTC +04:00)

Süni şokolad hazırlandı

0

Belçika alimləri laboratoriyada yetişdirilən və dad baxımından real şokolada tam bənzəyən yeni məhsul hazırlayıblar. Bildirilir ki, bu şokoladda əlavə qarışıqlar və süni qatqılar yoxdur. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın məşhur qida şirkəti Puratos və startap California Cultured birlikdə xüsusi layihə həyata keçiriblər. Alimlər ən yaxşı dad və aroma xüsusiyyətlərinə malik kakao bitkilərini seçərək onların hüceyrələrini götürüblər və qida maddələri ilə zəngin xüsusi rezervuarlarda yetişdiriblər.

Nəticədə laboratoriya şəraitində hazır şokolad əldə edilib. 

Bu tərəfdaşlıq kənd təsərrüfatında yetişdirilən kakaoya alternativ yaratmağa çalışan onlarla sənaye layihəsindən biridir. Hərçənd ki, bu iki şirkət laboratoriyada yetişdirilən və istehlakçıya təqdim edilə bilən məhsulu bazara çıxarmağa ən yaxın layihələrdən hesab olunur, lakin onların qarşısında üç əsas çətinlik qalır:

tənzimləyici icazələr

istehlakçıların bu məhsulu qəbul etməsi

istehsalın yüksək dəyəri

Hazırda layihə müəllifləri bütün lazımi icazələri almaq üzərində işləyirlər və istehsala hazırlaşırlar. Ambisiyalı şokolad zavodunun 2026-cı ilin sonuna qədər fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, bu kimi laboratoriyada yetişdirilən qida məhsulları gələcəkdə kakaonun qlobal çatışmazlığı və iqlim dəyişikliklərinin yaratdığı problemlərin həlli üçün mümkün alternativ kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar